Gündəm

Hitlerin çəkdiyi tablo ilk dəfə sərgiyə çıxarıldı

Hitler
37views

İtaliyada açılan bir sərgidə, Nasist lideri Adolf Hitlerin çəkdiyi yağlı boyalı bir tablo ilk dəfə sərgilənməyə başlanıldı.

İtalyan sənət tənqidçisi Sgarbi əsəri, “Bir diktatorun deyil, bir zavallının əsəridir bu, dərin bir melanxoliya ruhunu ortaya qoyur” sözləri ilə qiymətləndirib.

İtaliyanın şimalındakı Brescia şəhərində yerləşən Sal ò Muzeyində, Vittorio Sgarbi kuratorluğunda Dəlilik Muzeyi (Museo della Follia)’ mövzulu bir sərgi açılıb.

11 martda sənətsevərlərlə görüşən və 16 noyabra qədər sərgilənəcək Dəlilik Muzeyi (Museo della Follia) adlı sərgidə sürpriz bir əsər də var; o əsər, Adolf Hitlerin çəkdiyi, adının açıqlanmasını istəməyən alman bir kolleksiyonerdən borc alınan və qaranlıq bir otaqda iki depressiv adamın görüldüyü yağlıboya rəsmdir.

İtalyan mətbuatında yer alan xəbərlərə görə, çılğın siyasilər hissəsinə qoyulan adsız bu rəsm, daha əvvəl heç nümayiş etdirilməyib. Çəkdiyi bəzi rəsmlərin ötən illərdə hərracda satılmış olan Hitlerin, beləliklə, ilk dəfə bir əsərinin xalqa açıq şəkildə nümayiş etdirildiyi də qeyd edilib.

Hansı tarixdə çəkildiyi bilinməyən Hitler əsərini bədii baxımdan dəyərləndirən sərgi kuratoru, sənət tənqidçi və TV şərhçisi Vittorio Sgarbi, “Ümidsiz birinin əsəridir bu və sanki Kafqa tərəfindən düzəldilmiş kimidir; Onun zehnində çox şey var. Burada onun (Hitlerin) böyüklüyünü deyil, yoxsulluğunu görürəm” ifadəsini bildirib.
Sgarbi, “Bir diktatorun deyil, bir zavallının əsəridir bu, dərin bir melanxoliya ruhunu ortaya qoyur” – deyə əlavə edib.


Bir rəssam olmağı xəyal edən Hitler, 1907-ci ildə müraciət etdiyi Avstriya İncəsənət Akademiyasından, rəssamlığa uyğun olmadığı səbəbilə rədd cavabı almışdı. Dəlilik Muzeyi sərgisinin təşkilatçıları, tədbirin təqdimatında Hitlerin şəklini, yaradıcı olmayan, dağıdıcı bir çılğınlığın məhsulu – deyə qiymətləndirərkən, bir hadisəni də bölüşüblər.
Deyilənə görə, Hitler, İngiltərənin Almaniya Səfiri (1937-39) Neville Henderson-a “Mən bir siyasətçi deyiləm, sənətçiyəm. Polşa məsələsi həll edildikdən sonra həyatımı bir sənətkar kimi bitirmək istəyirəm” dediyi bildirilir.

Sal ò Muzeyi Müdiri Giordano Bruno Guerri də, “Hitler, bir sənətkar kimi də o qədər yaxşı deyilmiş” deyə danışıb.

200-ün üzərində fotoşəkil, şəkil, heykəl, obyekt və enstalasiyaya yer verilən sərgidə, Francisco de Goya və Francis Bacon kimi tanınmışlarında əsərləri də var.