Maraqlı

Hitlerin əfsanə telefonu hərracda satıldı

Hitlerin telefonu
208views

Hitlerin əfsanə telefonu satılıb!

Nasist lideri Adolf Hitlerə aid bir telefon, hərracda 243 min dollara satılıb.

ABŞ-ın Merilend ştatına bağlı Chesapeake City Aleksandr Tarixi Hərrac Evindən Andreas Kornfeld, qırmızı telefonun hərracda adının açıqlanmasını istəməyən bir şəxs tərəfindən alındığını açıqlayıb.

Arxasında Hitlerin adı və Nasist partiyasının simvolu yer alan telefon üçün hərrac 100 min dollardan başlayıb. Telefon 243 min dollara satılıb.

Telefon, 1945-də Hitlerin intihar etməsinin ardından Sovet əsgərləri tərəfindən sığınacağında tapılmışdı.

Aleksandr Tarixi Hərrac Evi rəsmiləri, Hitlerin ölüm əmrləri vermək üçün istifadə etdiyi telefonu “kütləvi qırğın silahı” kimi qiymətləndirmişdi.

Hərracda Hitlerə aid çini bir it fiquru də 24 min 300 dollara alıcı tapıb.