Siyasət

Hillary Clinton’dan təsirli çıxış və etiraflar

126views

ABŞ’da 8 Noyabrda keçirilən prezident seçkilərinin favoriti olaraq göstərilən ancaq sürpriz bir şəkildə məğlub olan Demokrat Partiyanın namizədi Hillari Clinton, bir həftə aradan sonra ilk dəfə ictimaiyyətin qarşısına çıxıb.

Vaşinqtonda təməl hüquqlardan məhrum uşaqlara xidmət göstərən bir vəqfin fəaliyyətinə qatılan Clinton, təsirli bir çıxış edib.

Hillary Clinton çıxışında, “Bu gecə bura gəlmək mənimçün doğrudan da çox çətin oldu. Ötən həftə ərzində tək istədiyim şey, yaxşı bir kitab və itlə birlikdə evdə olmaq və bir müddət çölə çıxmamaq idi. Keçən həftə, bir çox amerikalının öz-özünə bizim xəyal etdiyimiz Amerika doğrudan da bu idimi sualını verdiyini bilirəm. Kütlələr arasında iki qrupa ayrılmalar daha da genişləndi. Ancaq bunlara baxmayaraq xahiş edirəm mənə diqqət edin; Amerika hər şeyə dəyər. Uşaqlarımız hər şeyə dəyər. Ölkəmizə inanın, dəyərlərimiz üçün mübarizə aparın və əsla amma əsla imtina etməyin “deyə bildirib.