Siyasət

Hillary Clinton FBI direktorunu günahlandırıb

726views

Demokratların Prezidentliyə namizədi Hillary Clinton, seçkiləri uduzmağının səbəbini FBI direktorunda gördüyünü açıqlayıb.

FBI direktoru James Conley’i günahlandıran Clintonun, Demokrat Partiyasının üzvləri ilə keçirdiyi qapalı iclasda bu açıqlamanı etdiyi öyrənilib.

Clintonun iclasda, məğlubiyyəti ilə bağlı bu analizi dile getirdiği Amerika mediasında öz yerini alıb:

“Bizim analizimizə görə, FBI direktorunun, əsassız olan istintaq şərhi, insanların ağlında sual işarəsi yaratdı və sürətimizi azaltdı. Gerilədik və yenidən özümüzü toparlamağımız üçün böyük əziyyət sərf etdik”

Xatırladaq ki, James Conley, seçkilərə 12 gün qalmış, Clinton haqqındakı elektron poçt istintaqını yenidən açdığını bildirmiş, seçkilərə 2 gün qalmış isə elektron poçtlarda hər hansısa bir ciddi səhvin olmadığını aşıqlamışdı.

Clintonun komandası, istintaqın seçkiyə 2 gün qalmış sonlandırılmasının isə, “Clinton dövlət tərəfindən qorunur” fikrilərinin daha da güclənməsinə gətirib çıxartdığını bildirib.