Gündəm

Havalimanında panika: Terminallar bağlandı

350views

Los Angeles Havalimanı`nın 4, 7 və 8 nömrəli terminalları, silahla atəş edildiyinə bağlı xəbərlər alınması üzərinə bağlanılıb.

Los Angeles Times`ın verdiyi məlumata görə, polisə gələn xəbərlərlə yanaşı bəzi sərnişinlərin də olduqları terminaldan çölə qaçdıqları müşahidə edilib.

Söz mövzusu üç terminalın yanında mərkəzi terminal bölgəsində bütün girişlərə bağlanıldığını açıqlayan havalimanı səlahiyyətliləri, polisin araşdırmalarının davam etdiyini söyləyiblər.