Hava Proqnozu

Hava şəraiti pisləşir, 3 gün qeyri sabit hava

Rain drops falling from a black umbrella
268views

Ölkə ərazisində 3 gün arxa-arxaya qeyri sabit hava şəraiti gözlənilir

Sentyabrın 15-i gündüz şimal və qərb rayonlarından başlayaraq 18-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.