WiFox adlı interaktiv xəritə bütün dünyadakı böyük aeroportların əksəriyyətinin pulsuz Wi-Fi şəbəkələrindən şifrələri özünə daxil edir.

Xəritədən istifadə etmək çox sadədir. Burada təyyarə şəklində nişanı qeyd olunmuş lazımi aeroportu tapmaq, ona klik etmək və şəbəkənin harada daha yaxşı tutduğu barədə informasiya və əgər lazımdırsa, şifrənin daxil edilməsi üzrə instruksiyanı əldə etmək lazımdır.

yaaz.az
Hava limanlarının wifi şifrəsi bir xəritədə

Bəzi aeroportlarda pulsuz Wi-Fi hər kəs üçün əlçatandır, bəzilərində isə ancaq birinci və biznes-klass sərnişinləri üçündür.

Anıl Polat xəritəyə VIP-launj, eləcə də bəzi kafe və restoranların Wi-Fi şəbəkələrindən şifrələri və adları da daxil edib. Xəritədə məlumatlar mütəmadi olaraq yenilənir, digər şəhərlər və aeroportlar barədə informasiyalar yerləşdirilir, buna görə də bu xidməti özünüz üçün mütləq qeyd edin.