İqtisadiyyat

Hava çirkliyinin qarşısını almaq məqsədi ilə dizel maşınlar qadağan olunacaq

170views

Hava çirkliyini salmağı hədəfləyən bələdiyyə sədrləri, Paris, Madrid, Afina və Mexiko kimi böyük şəhərlərdə 2025 ilə qədər dizel avtomobillərin və yük maşınlarının qadağan olunmasını planlaşdırırlar.

Meksikanın paytaxtı Mexiko şəhərində görüşən bu şəhərlərin bələdiyyə sədrləri elektrik, hibrid və hidrogen istifadə olunan maşınları, piyada və velosiped nəqliyyatını dəstəkləmək üçün vədlər veriblər. Bu görüş dizel vasitələrin şəhərdə yaşayanların sağlamlığına olan təsirlərinin getdikcə daha çox ortaya çıxmasından sonra keçirilib. Ötən həftə yayımlanan bir hesabatda, hava çirklənməsi təkcə Avropada 500 min insanın erkən ölümünə səbəb olduğu bildirilib.

Dizel mühərriklərin buraxdığı zəhərlər, ürək və qan-damar xəstəliklərinə, digər bir maddə olan azot oksid isə nəfəs almada çətinliklərə yol açır. Paris hazırda 1997-ci ildən əvvəl istehsal edilən avtomobillərin şəhərə girməsini qadağan edərkən, bu layihələr daha da genişləndirməyi planlaşdırırlar.