Maraqlı

Harry Potter`in 8. kitabı

424views

İngilis yazar J.K. Rowlingin ilk 7 kitabı dünyada satış rekordları qıran Harry Potter seriyasının davamı sayılan səkkizinci kitabı, “Harry Potter and the Cursed Child / Harry Potter və Lənətli Uşaq” ABŞ-da satışa çıxar çıxmaz tükəndi.

Harry Potter seriyasının səkkizinci kitabı ‘Harry Potter and the Cursed Child’ aylardır seriyanın pərəstişkarları tərəfindən gözlənilirdi. Əvvəlki gün ABŞ-da 17.99 dollardan satışa çıxan kitab bazara çıxdığı gün tükənərək yenidən dərc edilməyə başladı. Bu dəfə seriyanın yaradıcısı İngilis yazar J.K. Rowling yerinə John Tiffany və Jack Thorne adlı yazarların qələmə aldığı fantastik kitabı tükənmədən satın almaq istəyən pərəstişkarlar mağaza önlərində uzun quyruqlar yaratdı. Saatlarca sıra gözləyən Harry Potter həvəskarları “İllərdir bu kitabı gözləyirik. İllərcə görmədiyiniz, uzaq qaldığınız sevgilinizlə görüşmək kimi bir şeydir” dedi. İngiltərə və ABŞ başda olmaqla xüsusilə Asiya ölkələrində də kitaba sıx maraq göstərildi. İngiltərənin ən böyük kitab mağazalarından Waterstones kitab üçün ön sifariş miqdarının 100.000 ədədi keçdiyini ifadə edərək Harry Potterin əvvəlki kitabından bu yana ən yüksək ön sifariş miqdarının bu olduğunu ifadə etdi.

Gecə yarısı quyruğa girdilər

İngiltərənin ən böyük kitab mağazalarından Waterstones, kitab üçün ön sifariş miqdarının 100 mini keçdiyini ifadə edərək Harry Potterin əvvəlki kitabından bu yana ən yüksək ön sifariş miqdarının olduğunu ifadə etdi. Kitabın sevilən xarakterlərinin kostyumlarını geyən pərəstişkarların, sırada gözləyərkən bir-birlərinə seriyanın sevilən hissələrini oxuduqları görüldü. Kitablar kimi kitablardan uyğunlaşdırılan filmlərin də kassa rekordları qırdığı Harry Potterin son olaraq 2007-ci ildə nəşr olunan son kitabı ‘Harry Potter və Ölüm Yadigarları “nəşr olunduğu gün 11 milyon kopya satmışdı. Sonradan isə həmin ilin sonunda 44 milyonluq bir rəqəmə çatmışdı. Harry Potter üçün çəkilən 7 film də cəmdə 7 milyard dollardan çox kassa hasilatı etdi.

Harry Potterin oğluna həsr olunur

Səkkizinci kitab bu dəfə məşhur sehrbaz Harry Potter yerinə onun oğluna həsr olunur. Düz bir izahat yerinə bir teatr oyununun mətni olaraq bazara çıxan kitabın müəllifləri Hogwarts’ta Lord Voldemortın məğlub etdikdən 19 il sonra Harry Potter Sehr Nazirliyində işə başlayan Potterin oğlu ailəsinin irsini daşımağa çalışarkən cür macəralara atılır. John Tiffany və Jack Thorne adlı yazarların J.K.Rowling’in dünyasına sadiq qalaraq qələmə aldığı bir teatr mətni olan kitabdan uyğunlaşdırılan teatr oyunu da İngiltərədə sərgilənəcək. Bu dəfə kitabdan uyğunlaşdırılan bir film isə çəkilməyəcək.

POKEMON’DAN SONRA SIRA HARRY POTTER GO’DA

Digər tərəfdən bütün dünyada dəlilik halına gələn oyun Pokemon GO’dan sonra oyunun yaradıcısı Nintendo’ya Harry Potter versiyası ilə bağlı Niantec’in işlərə başladığı bilinir. CogConnected texnologiya saytı, Niantic’i qaynaq göstərdiyi xəbərində yeni oyunun Harry Potter GO olacağı ifadə edilərkən, bu oyun ilə birlikdə bu anda bazarda yüksək maraq görən Pokemon GO’dan daha yaxşı bir oyunun təqdim ediləcəyi ifadə edildi. Warner Bros ilə NIANTEC Nintendonun razılaşma təmin etməsi halında oyunun qısa müddətdə çıxarılması gözlənilir. Harry Potter filmlərinin istehsal şirkəti Warner Brothers da seriyanın Pokemon GO bənzəri bir aplikasyonunu çıxarmağı düşündüklərini açıqlamışdı. İnternetdə də Harry Potter pərəstişkarları tərəfindən bu mövzuda #WeNeedHarryPotterGO hashtag ilə başladılan kampaniyaya indidən 40 min imza atıldı.