Kino

“Harry Potter”-ə virtual səyahət – bilinməyən 15 fakt

440views

Yəqin ki, Harry Potter -in kim olduğunu bilməyən yoxdur. Zamanında gənc sehirbazın sərgüzəştləri haqqında film gurultu yaratmışdı.

Çox güman ki, hər birimiz möcüzə və sehrbazlarla dolu bu filmin çəkilişlərində iştirak etmək, “sehrli” aktyorların sirrini açmaq istəmişik. Maraqlıdır, kadr arxasında, belə desək, ekranın o tərəfində qalanlar nələrdir?

Bu gün bu pərdəni bir az açacağıq! Yaaz.az sizi sevimli “Harry Potter” -in çəkiliş meydançasında virtual səyahətə dəvət edir:

Harry Potter
Harry Potter -in çəkilişi – əsl magiyadır

1.Dumbledore -un sirri

Dumbledore roluna əvvəlcə filmin birinci hissəsində gördüyünüz Riçard Harris, təsdiqlənibmiş. 2002-ci ilin avqustunda aktyor qəflətən vəfat edib və onun yerinə Maykl Gambon gəlib.

Dumbledore
Dumbledore rolunu iki aktyor ifa edib

2. 1 öpüş və 3000 aktrisa

Cho Chang (kainat personajı) rolu üçün Harry Potter ilə öpüş səhnəsi olan kastinqə təxminən üç min gənc aktrisa gəlib.

Katie Leung (Cho Chang)
Katie Leung (Cho Chang) digər iddiaçıları keçə bilib 

3. Dublyorlar. Kimdə daha çox idi?

Sehrbaz oğlanın saqa çəkilişlərində 3 dublyor Emma Watson üçün iştirak etdiyi halda, Radcliffe -in yalnız bir dublyoru var idi.

Emma Watson dublyorları ilə
Emma Watson dublyorları ilə

4. Yalnız ingilislər

“Fəlsəfə Daşı” mövzusunda, iş başlamazdan əvvəl Rowling (kitabın müəllifi) prodüserlərə xəbərdarlıq edib: “bütün aktyor heyəti əslən Böyük Britaniyalı olmalıdır, yoxsa film baş tutmayacaq”. Prodüserlər parlaq aktyor heyəti qura bilib. Belə ki, filmdə Helena Bonham Carter, Gary Oldman, Alan Rickman, Jason Isaacs və bir çox başqaları rol alıb. Digər millətlərin aktyorları ssenariyə görə, yalnız “Azkaban məhbusu”-nda rol ala bilib.

"Harri Potter"
“Harry Potter” – həqiqətən, əsl ingilis filmidir

5. “Sehr məktəbi”-ni 88 rəssam yaradıb

Sehrli məktəbin ümumi planının çəkilişləri üçün 88 rəssamın üzərındə işlədiyi 1:24 nisbətində model istifadə edilib. Dekorasiya ideyasının yaradıcısı – dizayner Stuart Craig , bu işinə görə “Britaniya Kino Akademiyası” -nın mükafatı ilə təltif olunub.

Magiya məktəbi
Magiya məktəbinin möhtəşəm qəsri

6. Lord Voldemort-un burnu necə yox edilib

Lord Voldemort-u burunsuz etmək üçün, Ralph Fiennes-in üzünə bir-növ marker kimi xidmət edən fərqli rəngarəng nöqtələr yapışdırılıb ki, sonradan kompüterlə düzəliş edilə bilsin. Bundan əlavə, qəddar sehrbazın vahiməli görkəmi – qrimçilərin xidmətidir.

 Burnunun olmaması Lord Voldemort
Burnunun olmaması Lord Voldemort-u daha vahiməli edib

7. “Yaddaş” burulğanı

Oxşar texnologiya “yaddaş burulğanı”-nda da istifadə olunub: fincanın dibinə xüsusi, sonradan özəl effektlə video xatirələr təsvir olunacaq yaşıl ekran yerləşdirilib.

Sehrli yaddaş burulğanı
Sehrli yaddaş burulğanı

8. Tennis topu necə “elf” olub

Elf “Dobby” kimi personajları hissə-hissə çəkib, sonra kompüterdə modelləşdirirdilər. Çəkiliş zamanı elfin bədənini uzun ağaca bağlı tennis topu əvəz edirdi. Aktyorlar kamera qarşısında məhz bu konstruksiya ilə söhbət edirdilər.

 Elflər filmdə çox real alınırdılar
Elflər filmdə çox real alınıblar

9. Xatirələrdən avtomobil

Ron Weasley -nin atasının “Sirlər otağı”-ndan olan uçan avtomobili Joanne Rowling -in  xatirələri ilə yaradılıbmış – gənclikdə o eynən bu cür göy rəngli “Ford” sürürmüş. “Zınqırovlu söyüd” səhnəsinin çəkilişi zamanı Rupert Grint və Daniel Radcliffe 14 eyni maşın məhv edib.

bir çox maşın sındırılıb
Çəkiliş zamanı bir çox maşın məhv edilib

10. Robert Pattinson -nun debütü

“Alov kuboku” -ndan Cedric Diggory-ni “Alatoranlıq”-ın gələcək ulduzu Robert Pattinson oynamışdı. Bu onun ilk böyük rolu idi.

Robert Pattinson
Robert Pattinson rolunun öhdəsindən yaxşı gəlib

11. “Nəhəng” üçün iki ev

Hagrid -i oynayan aktyor Robbie Coltrane -nin, kadrda bədənnüma (bütöv boy) səhnələrində  nəhəng görsənməsi üçün ona hündürlüyü 210 santimetr olan dublyor tapılıb. Üstəlik dekoratorlar hiyləyə baş vurublar: onlar, bir normal ölçülü (burada daxili plan çəkilişləri aparılıb) və ikinci, daha kiçik daxma düzəldiblər ki, yaxınlıqda dayanan Hagrid nəhəng görünsün.

 Aktyor Robbie Coltrane
Robbie Coltrane çox uzun boylu aktyor deyil

12. Optik illüziya yenini köhnə edə bilər

Weasley ailesinin evi köhnə görünsün deyə, otaqların divarları müxtəlif guşələrdə (künclərdə) yerləşdirilib.

Weasley ailesinin evi
“Weasley” ailesinin evi eklektik, amma rahat görünürdü

13. Bir hörümçək – 200 insan ayağı

Nəhəng hörümçək – “Aragog”-u təsvir edən mexanizmi hərəkətə gətirmək üçün 100 nəfər işə keçib.

Bir neçə
Bir neçə böyük və kiçik akromantulalar yaradılıb

14. “Çəpəki Döngə” -də tikinti uzun çəkib

“Çəpəki döngə” dekorasiyalarının hazırlanması çox vaxt aparıb. Məsələn, Weasley əkizlərinin təkcə mağaza dekorasiyasının yaradılmasına 3 ay vaxt sərf olunub.

 "Çəpəki döngə"
“Çəpəki döngə” -nin dekorasiyası

15. Anbarda 40 min “sehirli əşya”

Harry Potter haqda səkkiz filmin rekvizitləri bu beş nəhəng anbarlarda saxlanılır. Bu siyahıya bir neçə min mebel əşyası, əl ilə hazırlanmış 12 min cild kitab, “Weasley” mağazasından 40 min “sehirli məhsullar” daxildi.

Harry Potter muzeyi
Londonda Harry Potter muzeyi açılıb

“Harry Potter” çəkilişi meydançasından seçilmiş kadrlar:

                  Lord Voldemort ilə səhnə                                                          
Летающие свечи
Uçan şamlar
Сцена с Драко Малфоем
                  Draco Malfoy ilə səhnə                                                             
Гримеры работают над образом Руперта Гринта
Qrim ustaları Rupert Grint -in obrazı üzərində işləyir                           
Добро и зло рядом
                     Xeyir və şər biryerdə                                                           
Павильонные съемки
                         Pavilyon çəkilişləri                                                           
Полет на метле
Süpürgədə uçüş
Сцена с Гарри Поттером
Harry Potter ilə səhnə
Волшебная сковорода
Sehrli tava
Гарри Поттер выращивает жабры
Harry Potter qəlsəmələr yetişdirir