Psixoloji yanaşma

Həyatda hər kəsin tez-tez etdiyi 5 yayılmış səhv

1.24Kviews

Hər birimiz həyatda səhv addımlar atırıq. Bəzi səhvlər isə məqsədimizə çatmağa mane olur, həyatımızda böyük izlər buraxır.

Atdığımız hər addımı, etdiyimiz səhvləri, nəticəsi nə olur olsun, yaxşı təcrübə adlandıra bilərik. Lakin adətən, müəyyən hadisələrin nə səbəbə baş verdiyini anlamır, səhv etmədiyimizi düşünürük.

Hər bir insanın həyatında etdiyi və edəcəyi yayılmış səhvləriçıxış yollarını göstərəcəyik.

 

1.Gözləməyi bacarmamaq

 

40 il əvvəl Stenford universitetinin (ABŞ) alimləri, hələ yenicə başa çatan maraqlı eksperiment keçirməyə başlayıblar.

Eksperiment bundan ibarətdir: xüsusi bir otaqda kiçik uşağı kresloya oturdub, ona zefir yeməyi təklif edirlər. Lakin, zefiri yemədən əvvəl, uşağı sadə bir seçim qarşısında qoyurlar: əgər bu zefiri yeməyib 15 dəqiqə gözləsən, qarşılığında 2 zefir alacaqsan.
Bəzi hallarda uşaqlar şərti sona qədər dinləməyib, təklif olunan zefiri yeyirdilər. Elə uşaqlara da rast gəlinirdi ki, onlar 2 zefir almaq üçün 15 dəqiqə gözləyirdilər.

İlk dəfə 70-ci illərdə eksperimentin nəticələri dərc olunmuşdu. Lakin, alimlər eksperimentdə iştirak edən uşaqları izləməyə davam edirdilər.
Bu yaxınlarda isə, alimlər növbəti nəticələri elan etdilər: gözləməyi bacaran uşaqlar, səbrsiz uşaqlarla müqayisədə, həyatda daha çox uğur əldə ediblər.

Eskperiment gözləməyin həyatımızda bir çox uğura yol açdığını göstərir.

Yəni, dəfələrlə eşitdiyimiz “gözləməyi bacar, səbrli ol” sözləri heç də əbəs yerə deyilmiş. Buna baxmayaraq insanlar impulsiv qərarlar qəbul etməyə davam edirlər.

Bu səhvin qarşısını necə almalı: Hadisələri qabaqlamağa, tələsik nəticələr çıxarmağa, qərar qəbul etməyə çalışmayın. Gözləməyi öyrənsəniz, göstərdiyiniz səbrə görə mütləq mükafatlandırılacaqsınız.

wr3

2.Yanlış motivasiya

İnsanlar nə istədiklərini bilmədikləri üçün, ciddi qərarlar verməkdən çəkinirlər. Əgər nə sitədiyinizi bilmirsinizsə, qarşınıza çıxan ilk təkliflə razılaşmağınız heç bir şübhə yaratmır.

İlk uğurlar əldə etdiyiniz andan etibarən (diplom aldınız, işə düzəldiniz, daha yüksək maaşa layiq görüldünüz və s.) qarşınızda yeni imkanlar açılır. Əgər bu imkanlardan yararlanmağı bacarmasanız, yəni istəklərinizi müəyyən etməsəniz, hər şey sizi çaşbaş salacaq.

İnsanların böyük əksəriyyəti nə istədiyi bilmədiyindən, əsas məqsəd kimi başqalarının gözündə “yaxşı” görünməyi seçir. Siz həkim, yazıçı, aspirantura məzunu ola bilərsiniz, amma nə istədiyinizi bilmirsinizsə, hansı vəzifədə olduğunuz elə də vacib deyil.

Bu səhvin qarşısını necə almalı: Əslində nə üçün çalışdığınız haqda düşünün. Məqsədiniz nədir? Məqsədinizə çatmağa əlinizdən gələn hər şeyi etməyə hazırsınızmı? Bu suallara cavab verərkən, özünüzə qarşı səmimi olun.

 

3.Hər şeyi dərhal əldə etmək arzusu

Bu səhv birinci səhvlə toqquşur. Çünki gözləməyi bacarmayan insan, adətən hər şeyə bir anda çatmaq istəyir. Bu isə mümkün deyil.

Əgər nə istədiyinizi müəyyən etsəniz, şüur altınız, bədəniniz, taleyiniz – həmin məqsədə çatmaq üçün proqramlaşdırılacaq. Öz çərçivələrimizdən kənara çıxmaq üçün, daha artığına qadir olduğumuzu hiss etməliyik. Bu zaman həyat bizim gözləntilərimizi doğruldacaq.

 

Tony Robbins

Əldə etdiklərimizə doğru pillə-pillə, yavaş-yavaş yol alırıq. Yalnız bu yolda kim olduğumuzu, nəyə qadir olduğumuzu, nə istədiyimizi öyrənə bilərik.

Bu səhvin qarşısını necə almalı: Həqiqətən yaxşı nəticə gərgin iş və səy tələb edir. İstədiyiniz böyük uğura çatmaq üçün, gərək kiçik maniələrdə keçib, kiçik uğurlar qazanasınız.

 

4.Uyğun zamanı buraxmaq qorxusu

Bir çoxları özünə “bəlkə mən gözləməklə vaxt itirirəm?” sualını verir. Hər birimiz “doğru zamanda doğru yerdə” olmaq istəyirik. Və bəzən, bu haqda həddindən artıq düşünürük. Düşünürük, ama hiss etməliyik.

Uyğun zaman çatanda, siz bunu dərhal anlayacaq və nə etmək lazım olduğunu biləcəksiniz.

Bu səhvin qarşısını necə almalı: Uyğun zamanın çatdığı hiss etdiyinizdə, şübhələrin sizi doğru yoldan döndərməsinə izn verməyin.

 

5.Uğursuzluq qorxusu

Məqsədənizə yaxınlaşmaq üçün keçdiyiniz yolda, müyyən çətinliklərlə üzləşəcəksiniz. Bəlkə, uğursuzluqla da üzləşdiniz, bu normaldır.
Bu yolda vacib olan uğursuzluq yox, sizing buna olan münasibətinizdir. Təbii ki, gücsüzlük hiss edə, hər şeyi buraxmaq istəyə bilərsiniz. Vacib olan məhs bu an nə edəcəyinizdir.

Hər şeyi gözdən keçirib, yenidən cəhd edin. Alındığı an, özünüzdəm məmnun olacaqsınız.

Bu səhvin qarşısını necə almalı: “Uğursuzluqla üzləşəcəm” deyə hansısa addımları atmamaq düzgün deyil. Necə deyərlər, nəsə edib peşman olmaq, heç nə etməməkdən qat-qat yaxşıdır.

 

Özünüzə, öz daxili xüsusiyyətlərinizə güvənin, səbrli olun və məqsədlərinizi reallaşdırmaqdan çəkinməyin.