Maraqlı

Hər birini bir gecədə oxuyub bitirmək istəyəcəyiniz – 9 kitab

912views

İstədiyiniz hər şeyə sahib olsanız belə, iç dünyanızda doldurulmayacaq boşluqlar varsa, məhz kitab oxumaq daxili dincliyi tapmaqda sizə kömək edəcək.

Əgər kitab seçimində qərarsızsınızsa, onda sizə bir gecədə oxuyub bitirəcəyiniz ən maraqlı 9 kitabı təqdim edirik.

[miptheme_spacer height=”1″]

  b5Diane Setterfield “13-cü nağıl\The thirteenth tale”

Qədim tutqun saray, ailə sirrləri, müəmmalı hadisələrdən ibarət qotik hekayəni bitirməmiş gözünüzə yuxu getmiyəcək. Müəllifin yaratdığı qarışıq atmosferin tük ürpərdici sirrlərinə laqeyd qalmayacaqsınız.

 

 

 

 

 

 

 

[miptheme_spacer height=”1″]

b6

Ian McEwan “Amsterdam\Amsterdam”

Məşhur qəzetin redaktoru və tanınmış musiqiçi çox yaxın dostdurlar. Bu iki dost ötenazi haqqında razılaşmaya gəlirlər: əgər onlardan biri özünü idarə edə bilməyəcək bir hala düşərsə o biri onu öldürəcək. Əsər insanın öz həyatını necə asanlıqla məhv edə bilməsindən bəhs edir.

 

 

 

 

 

 

 

[miptheme_spacer height=”1″]

b7

Douglas Adams “Qalaktikaya avtostopla\The Hitchhiker’s Guide to the Galaxy”

Kitab ilk səhifələrindən sizi heyran edəcək. Qalaktikaya səyahət məhs bu cür olmalıdır – yumor və istehza ilə inanılmaz sərgüzəşt. Əsəri oxuyaraq Qalaktikaya səyahət edin.

 

 

 

 

 

 

[miptheme_spacer height=”1″]

 

b8

John Fowles “Kolleksiyaçı\The Collector”

Tənha, dəyaz düşüncəli gənc oğlan heç gözləmədiyi anda lotereyada böyük məbləğdə pul qazanır. Kəpənək kolleksiyası toplamaqdan və qonşuluğunda yaşayan gözəl qızı sevməkdən başqa heç nə bacarmayan insan bu pulla nə edə bilər ki? Müəllif manyak və onun qurbanının qarşıdurması ilə yaxşılıq və pisliyin, sadə insan və dahi rəssamın, Sevgi, Gözəllik və Ölümün qarşıdurmasını götərir.

 

 

 

 

 

 

[miptheme_spacer height=”1″]

 

b9

Victor Pelevin “Omon Ra”

Bu hekayə sovet rejiminin Kosmosa gəmilərini göndərməsi və bu faktın həqiqətə uyğun olub olmamasından bəhs edir. Əsəri istər axırdan, istər ortadan, istər başdan oxumağa başlayın – hər bir halda bu əsəri bəyənəcəksiniz.

 

 

 

 

 

 

 

[miptheme_spacer height=”1″]

b10

Jane Austen “Qürur və qərəz\Pride and Prejudice”

Bu klassik, səmimi, əbədi bir əsərdir. Nə eşq hekayəsidir, nə də qadınlar üçündür. 19-cu əsrin Avropası, İngiltərədə baş verən hadisələrdən sonra müasir həyatınıza qayıtmaq istəməyəcəksiniz.

 

 

 

 

 

 

 

[miptheme_spacer height=”1″]

b11

Daniel Keyes “Billi Milliqanın zəkaları\The Minds of Billy Milligan”

Yuxudan oyanan Billi özünü həbsxanada tapır. O, zorlama və soyğunçuluqda ittiham olunur. Billi günahsız olduğundan əmindir. Xatırladığı tək şey – özünü məktəb binasının damından atmağa hazırlaşmasıdır. Lakin ona bu hadisənin 7 il əvvəl baş verdiyini söyləyirlər.

 

 

 

 

 

 

[miptheme_spacer height=”1″]

b12

Gabriel Garcia Marquez “Mənim kədərli rəfiqələrimin xatirələri\Memories of My Melancholy Whores”

Sizi reallıqdan qoparmağı bacaran kitablardan biri. Həyatdan və sevgidən bəhs edən hekayə sizi təsadüfi sevgi, yalançı sevgi, gecikmiş, sonuncu və ölümcül sevgi ilə üz-üzə qoyur.

 

 

 

 

 

 

 

[miptheme_spacer height=”1″]

b13

Stephen King “Rita Heyvort və ya Şouşenkdən qaçış\Rita Hayworth, or The Shawshank Redemption”

Əgər nə vaxtsa öz daxili qüvvənizə şübhə etsəniz bu əsəri oxuyun. Əsər günahsız bir insanın ömürlük həbs cəzasına məhkum olmasından və buna baxmayaraq sınmamağından, dik durmağından bəhs edir.