Kino

Həftə sonu nə izləməli: Kosmos haqda sarsıdıcı 10 film

1.68Kviews

Həftə sonları film izləmək istəyənlər, lakin film seçimində qərarsız qalanlar: sizə dövrümüzün ən maraqlı mövzusunda – Kosmos haqda filmlər təqdim edirik.

Bu siyahıdan seçdiyiniz filmi beyənəcəyinizdən əminik!

1.Qravitasiya / Gravity
Birləşmiş Krallıq, ABŞ, 2013
Nümayiş müddəti: 91 dəq.

sp2

Alfonso Cuaron məhz bu filminə görə 2014-cü ildə ən “yaxşı rejissor” nominasiyasında Oskara layiq görülmüşdü. Bu film son illərin ən yaxşı rejissor işlərindən biri hesab olunur. Kosmos, Qalaktika, elmi fantastikaya maraq göstərirsinizsə, bu filmdən yan keçməyin. Filmdə George Clooney və Sandra Bullock kimi tatnınmışlar rol alıblar.

 

2.İnterstellar / Interstellar
Birləşmiş Krallıq, ABŞ, 2014
Nümayiş müddəti: 164 dəq.

sp3

Bu mövzuda Oskara layiq görülən (ən yaxşı xüsusi əffektlər nominasiyası) növbəti filmdir.
Dünyada quraqlıq və ərzaq çatışmazlığı baş alıb gedir. Bu zaman elmi tədqiat aparan heyət, astronavtları Kainatın 4 bir yanına göndərir. Lakin insanlar Kainatın heç bilinməyən xsüsiyyətləri ilə üz-üzə qalırlar. Filmin yaşatdığı təəssüratları sözlə ifadə edə bilməyəcəksiniz. Filmdə Metthew McConaughey və Anne Hathaway əsas rolları ifa edirlər.

 

3.2001: Kosmik odissey / 2001: A space odyssey
Birləşmiş Krallıq, ABŞ, 1969
Nümayiş müddəti: 149 dəq.

Stanley Kubrick’in yaratdığı film, kinomatoqrafiyada kosmik məkanın təsvirini dəyişmişdi. Baxmayaraq ki, 1960-cı illərdə texniki vasitələr və kompüter qrafikası inkişaf etməmişdi, Kubrik filmin dərin fəlsəfi mənasını izləyiciyə çatdırmağın, tamaşaçıların diqqətini ələ keçirməyin bütünlükdə öhdəsindən gəlmişdi. İndi bu film ən yaxşı kosmik filmlər sırasındadır.

 

4.Avropa / Europe Report
ABŞ, 2012
Nümayiş müddəti: 90 dəq.

sp5

Film beynəlxalq kosmik ekspedisiya iştirakçılarının Yupiterin altıncı peyki olan, Avropaya uçuşundan bəhs edir. Ekspedisiyanın məqsədi Avropanın buzluqları altda həyatın olub-olmaması fərziyəsini yoxlamaqdır. Filmin ən təsir edici səhnəsi, iştirakçıların Avropanın səthinə enmələridir. Elə bu andan etibarən insanlar aşkarladıqları yeni dünya ilə üz-üzə qalırlar.

 

5.Vall-i / Wall-e
ABŞ, 2008
Nümayiş müddəti: 98 dəq.

sp6

İzləyiciyə nümayiş olunduğu ilin ən yaxşı animasiya filmidir. Uşaqların və böyüklərin sevərək izlədiyi filmin mövzusu, müasir dövrün ən yaxşı əfsanəsinə çevrilib. İnsanlığa yaxşı ismarıcların toplandığı bu animasiya filmi, heç kimi biganə qoymayacaq. Dünya, texnologiya, insanlıq, kosmos və sevgi ilə üzləşəcəksiniz.

 

6.Günəş işığı / Sunshine
Birləşmiş Krallıq, ABŞ, 2007
Nümayiş müddəti: 107 dəq.

sp7

2057-ci il. Günəşin sönməsi ilə insanlıq ölüm qarşısında çarəsiz qalır. Günəşi yenidən alovlandırmaq üçün Yerin tək ümidi kosmosa yolladığı gəmidir. Lakin kosmik gəminin heyəti missiyanı yerinə yetrdiyi zaman, qəribə hadisələrlə üzləşir. Məlum olur ki, 8 nəfər qadın və kişilərdən ibarət heyətin sadəcə öz həyatı yox, bütün insanlığın həyatı daha böyük təhlükədədir.

 

7.Ulduz müharibələri / Star Wars
ABŞ, 1977-2005

sp8

Əgər kosmos, fantastika, Qalaktikalar, ulduzlar sizi çox maraqlandırırsa, onda mütləq “Ulduz Müharibələri” filmlərini izləməlisiniz. Çünki bu filmlər böyük heyran kütləsinə malikdir, filmlərin əsasında komikslər, teleshoular, oyunlar, kompüter oyunları və lego oyunlar hazırlanmışdır. George Lucasın fantastik dünyası otuz ildir ki, bu mövzuda özünə rəqib tanımır.

 

8.Apollon 13 / Apollo 13
ABŞ, 1995
Nümayiş müddəti: 140 dəq.

sp9

“Hyuston, problemimiz var” cümləsi sizə tanış gəlirsə, deməli filmin nədən bəhs etdiyini artıq bilirsiniz. 1970-ci ildə Apollon-13 astronavtları Ayın səthinə endirəcək üçüncü kosmik gəmi olmalı idi. Lakin missiyanı yerinə yetirən zaman, gəmi problemlə üzləşir. Astronavtlar mərkəzlə əlaqə saxlamaq üçün “Houston, we have a problem” deyə, müraciət edirlər. Səsli mesaj bir neçə dəfə təkrarlanır, lakin Yerdən cavab gəlmir…
Filmdə hər kəsin sevimlisi, iki dəfə Oskara layiq görülən Tom Hanks əsas rolu ifa edir.

 

9.Armageddon / Armageddon
ABŞ, 1998
Nümayiş müddəti: 144 dəq.

Nəhəng asteroidin kölgəsi Yerin üzərinə düşür. Bu da deməkdir ki, qaçılmaz toqquşmaya sayılı günlər qalır. Dünya tarixinin faciəvi sonu – Armageddon başalyır. Faciədən xilas olmaq üçün möcüzə olmalıdır. Ya da insanlar və inkişaf etmiş texnologiyaların birgə səyi. Bir neçə insan kainatın yaratdığı faciənin qarşısını ala biləcəkmi?

 

10.Marslı / The Martian
Birləşmiş Krallıq, ABŞ, 2015
Nümayiş müddəti: 144 dəq.

sp10

Marsın səthinə enən kosmik gəmi heyəti, birdən-birə qalxan toz tufanından qorunmaq üçün kosmik gəmiyə minib, Yerə qayıdırlar. Lakin heyətin bir üzvü, Mark Watney, ölmüş hesab olunaraq, Marsda qalmışdır. Mark oyananda, Yerlə əlaqəsinin kəsildiyini, lakin yemək, oksygen ehtiyatlarının olduğunu aşkarlayır. İndi Mark xilas olmaq üçün, düz 4 il gələcək ekspedisiyanı gözləməlidir.