Gündəm

Həyatını itirən ananın ölmədən öncə balaca qızına yazdığı məktub..

238views

Həyatını itirməsinə sayılı günlər qalan ananın, uzun illər əvvəl balaca qızına yazdığı vida məktubu köhnə bir kitabın səhifələri arasından çıxıb

Məktubu tapan isə İngiltərə-nin şimal-şərqi, Durham-da yaşayan Gordon Draper-dir. Draper mağazasına satış üçün gələn ikinci əl kitabın içərisində bu məktubu taparaq internetdə yayımlayıb. Və məktubda sözü geddən Bethany-i tapmağı bacarıb.

_91054094__91041639__91038315_baletter

 

” Bethany ( mənim kiçik xəzinəm)

Əgər atan sənə bu məktubu oxuyursa demək ki, mən həyatımı itirmişəm və mələklər ilə birgə cənnətə yaşamağa getmişəm. Sinəmdəki ağrılar son vaxtlar daha da artdı və sağalmaq üçün əməliyyat olundum. Ancaq bu işə yaramadı.

Hər zaman göylərdən səni izləyib yaxşı olduğundan əmin olacam. Əgər “Parla,parla ulduz” mahnısındakı kimi cox parlaq bir ulduz görsən bil ki, o, mənəm. Böyü, ağıllı bir qız ol və uzun, daim xoşbəxt həyat yaşa. Atan və baban sənə baxıb, məktəbə aparacaqlar.

Səni hər zaman sevəcəyəm. kiminsə mənim haqqımda danışmağın, səhv bir şey olduğunu deməsinə icazə vermə. Ümid edirəm məni heç vaxt unutmarsan. Hər zaman sənin anan olacağam. Səni çox, çox qucaqlayır və öpürəm.

Sağlıqla qal

Anan

Not : Artıq Rosie”a baxmaq məsələsində sənə güvənirəm. Ona qarşı laqeyd olma, yaxşımı ? ”

_91054096__91048903_img_0289

Bu gün 21 yaşında olan Bethany, məktubu oxuyaraq ” Bu qədər balaca bir kağızın insanı belə dərin duyğulandırması inanılmaz bir hissdir.Bunun üçün Gordon Draper’a minnətdaram, bir çox insan bu yazıya biganə yanaşardı. Köhnə,lazımsız məktubdur deyib keçərdi, ancaq o belə etmədi ” deyə bildirib.

Gordon Draper isə” Belə bir məktubun düzgün ünvana çatması, dünyalara berabərdir, nə qədər sevindiyimi sizə deyə bilməyəcəyəm ‘ deyə müsahibəsində söyləyib.

37E4004600000578-3773519-image-a-30_1473040573710