Psixoloji yanaşma

Həyatın, qəbul etməkdə çətinlik çəkdiyiniz, 20 xoşagəlməz həqiqəti

267views

Dostlarımızla bir fincan qəhvə içdiyimiz zaman, “havadan, sudan”, yeni xəbərlərdən danışırıq. Məsələn, heç kim səhər yeməyi süfrəsində ölümdən danışmır. Halbuki ölüm də, “hava, su” kimi bizi əhatə edir. Biz həyatın həqiqətlərindən çəkinir, onların mövcud olmadığına inanmağa çalışırıq. Bu dəfə isə, qaçdığımız həqiqətlərlə üzləşəcəyik.

 

1.İnsan qəfildən ölə bilər

Heç kim və heç nə əbədi deyil. Siz də əbədi deyilsiniz. Həyatınızın “darıxdırıcı”, “qarışıq” və “qaranlıq” anlarında bu faktı xatırlayın. Ölüm hər an bizi yaxalaya bilər. Bu həqiqəti qəbul etsəniz, həyatınızı daha mənalı və dəyərli edə bilərsiniz.

 

2.Sevdiyiniz insanlar da əbədi deyillər

Çox kədərli faktdır, amma yaxınlarınızın dəyərini anlamaqda, keçmiş inciklikləri unutmaqda yardımçı ola biləcək yeganə həqiqətdir.

 

3.Maddi gəlir sizi daha xoşbəxt etməyəcək

Siz maddi yüksəliş əldə edən şanslı insanlardan ola bilərsiniz, lakin bu ümumi uğurun bir hissəsidir, xoşbəxtlik deyil.

 

4.Xoşbəxtlik axtarışı – xoşbəxtliyinizə mane olur

Xoşbəxtlik həmişə həyatınızdadır: müharibə şəraitində yaşamırsınız, sevdikləriniz bir zəng qədər yaxındır, bu yazını açıb oxuyacaq və anlayacaq qədər sağlamsınız. Bunları xatırlasanız – əslində xoşbəxtlik axtarışlarının əbəs olduğunu biləcəksiniz.

 

5.Keçirdiyiniz vaxt, xərclədiyiniz puldan daha vacibdir

Biri ilə keçirdiyiniz vaxt dünyaya baxışınızı dəyişir, özünüz, ya başqası haqda yeni bir şey öyrənirsiniz. Keçirdiyiniz vaxt sizə əbədi xatirə bəxş edir.

 

6.Siz hər kəsi xoşbəxt edə bilməzsiniz

Əgər bütün dünyanı, hər kəsi xoşbəxt etməyə çalışsanız, özünüzü itirəcəksiniz. Öz prinsiplərinizə, dəyərlərinizə, azadlığınıza hörmət edin.

 

7.İdeal olmaq mümkün deyil

Əzablarımızın səbəbi – real olmayan standartlardır. Mükəmməlçi insanlar daxili tənqidçilərinin əsirinə çevrilir və əziyyət çəkirlər. Bəzən daxili tənqidçinizi susdurmağı bacarmalı, misilsiz standartlar, ideallar uğrunda mübarizəni dayandırmalısınız.

 

8.Hisslər fikirlərdən üstündür

Emosiyalarınıza qarşı diqqətli olun. Hisslər, emosiyalar daxili problemlərinizi dərk etməyə yardımçı olurlar. Əsla hisslərinizi susdurmayın.

 

9.Etdikləriniz söylədiklərinizdən vacibdir

Məsuliyyətli olun. Yaxşılıq etmək və sevmək, yaxşılıqdan və sevgidən danışmaqdan üstündür.

 

10.Nailiyyətliriniz və uğurlarınız ölüm yatağında gərəksiz olacaq

Ölərkən heç kim “ah, mən necə də uğurlu insanam!”-deyə düşünmür, sevdiyi insanları, yaxınları və dostlarını xatırlayır. Bu həqiqəti bilirsiniz, bu həqiqətə uyğun yaşayın.

tr1

 

11.İstedadlı olmaq azdır, bacarıq təcrübə tələb edir

“Mən istedadlı yaranmışam”-deyənlər çox qabağa gedə bilmir. Daima öyrənməyə can atın, təcrübə qazanın, istedadınızı itiləməyə çalışın.

 

12.Bu gün – çox əhəmiyyətlidir

Gələcək haqqında düşünərək, keçmişinizə təəssüflənərək bu günü məhv etməyin. Keçmişə nəzarət etmək mümkün olmadığı kimi, gələcəyi də əvvəlcədən görmək olmaz. Nəzarət etdiyiniz və gördüyünüz tək an – bu andır.

 

13.Yaşadığınız çətinliklər çoxlarına maraqlı deyil

Siz – öz həyatınızın müəllifisiniz. Heç kimdən mərhəmət ummayın. Həyatınızı elə yaşayın ki, sonda məyusluq duymayasınız.

 

14.Sözlər isə fikirlərinizdən vacibdir

Bir sözlə – utandırmaq da, alçaltmaq da, incitmək də olar. Sözlərinizdə diqqətli olun. Onlardan insanları ruhlandırmaq, qanadlandırmaq üçün istifadə edin.

 

15.Özünə pul xərcləmək – eqoizm deyil

Şəxsi inkişafınıza “sərmayə” qoymaq – özünüzə qarşı atdığınız ən ağıllı addımdır. Kim bilir, bəlkə öyrəndiyiniz dil, aldığınız kitablar, gəzdiyiniz ölkələr, təhsiliniz – əldə etdiyiniz bütün biliklər sabah başqalarına ötürəcəyiniz yeganə sərvətiniz olacaq?

 

16.Ətrafda baş verənlərə verdiyiniz reaksiya – çox vacibdir

Çalışın ətrafınızda baş verənlərə elə reaksiya verin ki, nə sizdən incisinlər, nə də siz inciməyin.

 

17.Münasibətləriniz üzərində işləyin

Münasibətləriniz sizə xoşbəxtlik hissi bəxş etməlidirlər. Qurduğunuz bütün əlaqələr hisslərinizə, duyğularınıza təsir göstərir. Əgər işdən sonra sizi evdə tənhalıq gözləyirsə, pul və ev əhəmiyyətini itirir. Münasibətlərinizin möhkəmliyi, təbiiliyi üzərində işləyin.

 

18.Həzz aldığınız hər şey keçicidir

“Eqo”nuzu “əyləndimək” – yaxşı məşğuliyyət deyil. Həyatınızı elə qurun ki, bu günü elə yaşayın ki, sabah da bundan məmnunluq duyun.

 

19.İddialarınız peşəkarlıq və təcrübə olmadan – heç nədir

Dünyanı fəth etmək istəyirsiniz? Əla. Onda, nəsə etməyə başlayın. Heç olmasa, məqsədinizə çatmaq üçün, hansı istiqamətdə hərəkət edəcəyinizi müəyyənləşdirin.

 

20.Zaman – çox dəyərlidir

Prioritetlərinizi yerbəyer etməyi öyrənməlisiniz. Yalnız siz öz vaxtınızı idarə edə bilərsiniz. Bunun üçün məsuliyyətli və müdrik olun.