Dünya

Hər kəs müharibə zonasını tərk etsə də o, tərk etmir

291views

Mohammad Alaa Aljaleel Suriyanın Hələb şəhəri sakinidir. Müharibənin bütün faciələrinə və yaratdığı təhlükəyə baxmayaraq Aljaleel doğma şəhəri tərk etmir. Çünki onu şəhərdə saxlayan səbəb var: Aljaleel yüzdən çox sahibsiz pişiyin qayğısına qalır.

Artıq 4 ildir ki Hələb müharibənin təhlükəli nöqtələrindən biridir. Təhlükədən uzaqlaşmaq üçün 40,000ə yaxın şəhər sakini öz doğma yurdunu tərk edib. Tərk edilmiş şəhərin uçurumları altında yaşayan sahibsiz pişiklərin sığınacaq yeri isə Aljaleel-in evidir.

Qəlbində insanlara qarşı  mərhəmət bəsləyən hər kəs heyvanlara qarşı da mərhəmət duymalıdır

Aljaleel-in sözlərinə görə, sakinlər şəhəri tərk edərkən ev heyvanlarını küçədə qoyub getməyə məcburdurlar. Evini valideynləri ilə tərk edən kiçik qız evində saxladığı pişik balasını Aljaleel-ə verib və ondan pişiyə yaxşı baxmasını istəyib.

Beləliklə, şəhəri tərk edən sakinlərin sayı artdıqca Aljaleel-in qayğı göstərdiyi sahibsiz pişiklərin sayı da 20-25dən 100ə qədər artıb.

cat-man-aleppo-syria-1 cat-man-aleppo-syria-2 cat-man-aleppo-syria-3 cat-man-aleppo-syria-9 cat-man-aleppo-syria-11 cat-man-aleppo-syria-4