Mətbəx

Həll olan qəhvədən necə dadlı, ətirli və köpüklü qəhvə hazırlamaq olar?

560views

Qəhvə içmək hər birimizin “səhər vərdişinə” çevrilmiş bir adətdir. Payızın gəlməsi, soyuqların düşməsi ilə qəhvənin yerini heç nə vermir.

Qəhvə sevərlərə məlumdur ki, üyüdülmüş qəhvənin dadını heç nə əvəz etmir. Lakin üyüdülmüş qəhvənin də “yaxşısı” və “pisi” var. Keyfiyyətlisi isə bir qayda olaraq – bahalısıdır. Bundan əlavə üyüdülmüş qəhvəni hazırlamaq da vaxt alır. Yəni səhərlər evdən “qaçaraq” çıxanlar üçün heç də uyğun seçim deyil.

Beləliklə, vaxt meyarına görə bu gün məhs həll olan qəhvədən dadlı qəhvə hazırlamağın üsulu ilə sizi tanış edəcəyik.

Köpüklü qəhvə

Tərkibi:
– 1 ç.q. həll olan qəhvə

– 1 ç.q. şəkər tozu

– damaq dadına görə kakao, vanil, darçın və s.

-Su/süd

c4

Həll olan qəhvədən köpüklü qəhvə hazırlamaq üçün qəhvə içdiyiniz fincana qəhvə və şəkər tozu əlavə edin. Qəhvənin və şəkər tozunun miqdarını damaq dadınıza görə dəyişə bilərsiniz. Eləcə də ətirli və dadlı qəhvə üçün kakao, darçın, vanil əlavə edə  bilərsiniz. Fincana 1 çay qaşığı da (bəli, məhs 1 çay qaşığı) su əlavə edirsiniz. Qəhvə, şəkər tozu və suyu krem halını alana qədər qarışdırırsınız. Siz qarışdırdıqca qarışımın rəngi açılacaq, krem rəngini alacaq.
Qarışım krem rəngini aldıqda üzərinə ehtiyyatla isti su(süd) əlavə edin. Suyu əlavə edərkən də mayeni qarışdırmalısınız.
Bu qədər, köpüklü qəhvəniz hazırdır.

c2

Ətirli qəhvə

Tərkibi:

– 1 ç.q. həll olan qəhvə

– 2 ç.q. kakao

-1/4 ç.q. darçın yaxud vanil, hil, fındıq tozu

– qaynamış su

– 1-2 ç.q. qatılaşdırılmış süd (squshonka)

Ərzaqların miqdarını damaq dadınıza uyğun dəyişə bilərsiniz.

c5

Ətirli qəhvə hazırlamaq üçün qəhvə içdiyiniz fincana qəhvəni, kakaonu, darçını və ya vanili əlavə edirik. Üzərinə qaynamış su töküb qəhvənin dəm alması üçün 5 dəqiqə gözləyirik. Daha sonra fincana qatılaşdırılmış südü əlavə edib qarışdırırıq.
Qatılaşdırılmış südü süd və şəkərlə əvəz edə bilərsiniz.

Ətirli və dadlı qəhvəniz hazırdır.