DünyaSəyahət

Hələb turistlərinin müharibə selfisi

21views

Əsəd rejimi idarəsi altına girən şərqi Hələbdə təxliyə əməliyyatları zamanı, rejimin nəzarəti altında olan şəhərin digər üzündə isə turistlərin çəkdikləri fotoşəkillər bütün dünyada şok təsiri yaradıb.

Hələb, paytaxt Şamdan gələn turistləri qəbul edir. Turistlər, şəhərin xarabalığa çevrilən Hələb Qalası, məscid və digər tarixi ərazilərini gəzib fotoşəkil çəkdirirlər. Şəhərə gələn turistlər, YUNESKO-nun Dünya İrsinə daxil olan tikililərinin xarabalıqları qarşısında gülümsəyərək poza verməsi isə bütün dünyada şok effekti yaradıb.

Rejimin nəzarətinə keçən Hələb, hazırda Dəməşqdə yaşayanlar üçün turist marşrutuna çevrilib.