Kino

Həftənin ən çox endirilən filmləri

218views

Həftənin ən çox endirilən filmləri siyahısı ilə qarşınızdayıq.

Baxaq geridə buraxdığımız həftə ən çox hansı filmlər izləyicilər tərəfindən endirilmişdir?

Hər nə qədər məzmun istehsalçıları illərdir Torrent’ın önünə keçmək istəsə də bu o qədər də mümkün olmur. Hər gün milyonlarla insan “Torrent’ə düşən” filmləri, musiqiləri və serialları endirməyə davam edir.

Yaxşı keçdiyimiz həftə ən çox hansı filmlər endirilib?

1- Now You See Me 2
Bir il əvvəl etdikləri Robin Hood stili nümayiş ilə cəmiyyətin bəyənisi qazanan və FBI’ı utandıran şəbəkə, geri dönüş nümayişi ilə qaçışın onlar üçün bir uşaq oyuncağı olduğunu göstərirlər.

2- Blood Father
Ssenarisinə, Ben Aflleck’in rejissorluğunu etdiyi Oğrular Şəhəri filmində qələm oynadan Peter Craigin imza atdığı filmin baş rolunu Mel Gibson boynuna götürərkən, filmin heyətində Erin Moriarty, Micheal Parks, William H. Macy var.

3- Independence Day: Resurgence
Roland Emmerich imzalı 1996 istehsalı Oscar Mükafatlı Qurtuluş Gününün 20 il sonra gələn davam filminin rejissorluğunu bir dəfə daha Emmerich boynuna götürür.

Filmin oyunçu heyətində Liam Hemsworth, Charlotte Gainsbourg, Joey King kimi yeni adlar olarkən, Vivica A. Fox və Jeff Goldblum ilk filmdəki rolları üçün geri dönürlər. İlk filmin baş rollarından biri olan Will Smith isə filmdə iştirak etmir.

4- The Conjuring 2
Paranormal hadisələri araşdırmağa davam edən Lorraine (Vera Farmiga) və Ed (Patrick Wilson) cütü, bu səfər Londonun şimalındakı Enfield bölgəsinə araşdırmaya gedirlər.

5- The Legend of Tarzan
Meşələrin Tarzan’ı olaraq ad salan adam artıq Greystoke Lordu John Clayton adıyla və sevdiyi qadınla mədəniyyətdə yaşamağa başlamışdır. Üstəlik məclisin ticarət attaşesi olaraq vəzifə almaq üçün Kongo’ya dəvət edilmişdir. Lakin arxasında alçaqca planlar işləməkdədir.

6- Neighbors 2
Mac və Kelly Radner körpələriylə birlikdə yetkinlikdə son bir həmlə etmək üçün hazırdırlar, ancaq yeni qonşuları əvvəlkindən betər çıxınca çarəni köhnə qonşularından kömək almaqda taparlar.

7- Jason Bourne
İlk filmdə adını və keçmişini xatırlamayan agent olaraq qarşımıza çıxan Jason Bourne, artıq gerçək adını və qatıldığı gizli CIA proqramını öyrənmişdir.

8- The Jungle Book
Rəhbərliyi Jon Favreau tərəfindən edilən və Rudyard Kiplingin ölümsüz hekayələriylə Disneyin klassik animasiya filmlərinə dayanan “Meşə Uşağı” adlı bu yeni aksiyonda bir qurd ailəsi tərəfindən böyüdülən kişi uşaq Mowgli’nin (Neel Sethi) dastanlıq macərasını izləyirik.

9- Warcraft
World of Warcraft oyununun filmi olan fərqli irqlərin qarşı-qarşıya gəldiyi fantastik bir dünyanı ağ pərdəyə daşıyır.

10- Imperium
Michael German’ın gerçək hekayəsindən ilhamlanan Daniel Ragussis’in yazıb idarə etdiyi detektiv filmdə FBI agenti Nate Foster, yerli bir terrorist qrupun apardığı bomba yaratma işlərinə maneə törətmək üçün gizli bir vəzifəyə təyin edilir.