Kino

Həftə sonu nə izləməli: gözlənilməz sonluqla bitən 10 film

197views

Həftə sonu vaxtın bolluğundan istifadə edib çoxları adətən film izləyir. Bəzən film seçimində qərarsız qalır, nə izləyəcəyimizi bilmirik. İzlədiyimiz bəzi filmlər isə bizi məyus edir.

Əgər siz qərarsızsınızsa və məsyusluqla üzləşmək istəmirsinizsə, onda hazırladığımız gözlənilməz sonluqla bitən filmlərin siyahısına baxın. Bəlkə, sizi maraqlandıracaq “həmin” filmi tapdınız.

 

Vanilli səma \ Vanilla Sky

f1
Vanilli səma \ Vanilla Sky

Həyat çox qəribədir: hər şey adi bir gün ilə başlayır, vanilli səmadan həzz aldığın zaman, çuvalda buz ilə sona çatır. Məgər o, bunu arzu etmişdimi? Xırda bir səhv ucbatından, bir anda hər şey dəyişə bilər.

 

Başlanğıc \ Inception

f2
Başlanğıc \ Inception

Əgər siz sakit, yüngül filmləri sevrisinizsə, onda bu film sizə görə deyil. Yox, əgər güclü filmləri sevir, süjet üzərində fikirləşmək və iki saatı gərgin maraq içində keçirmək istəyirsinizsə, onda bu filmi izləməlisiniz.

 

Ağıl oyunları \ A Beautiful mind

f3
Ağıl oyunları \ A Beautiful mind

Riyaziyyat dahisi John Nash nəzəriyyəsi şöhrət qazandığı vaxt, gərgin vəziyyətlə üz üzə qalır. Dahi zəkası onunla oyun oynamağa başlayır. Nash artıq nəyin həqiqət, nəyin yalan olduğunu anlamır.

 

Lənətlənmişlər adası \  Shutter Island

f4
Lənətlənmişlər adası \ Shutter Island

İki məhkəmə icraçısı Massaçusets adalarında yoxa çıxmış xəstənin işini araşdırmaq üçün psixiatrik klinikaya gəlirlər. Araşdırma zamanı, onlar klinika sakinlərinin yalanları ilə üzləşirlər. Əlavə edək ki, filmin gözlənilməz sonu – təsəvvürünüz üçün geniş imkanlar yaradacaq.

 

Döyüş klubu \ Fight club

f5
Döyüş klubu \ Fight club

Xroniki yuxusuzluqdan əziyyət çəkən və darıxdırıcı həyatdan yaxa qurtarmağa çalışan klerk, Tayler Darden adlı xarizmatik sabun satıcısı ilə tanış olur. Filmin sonunda açılan təəccüblü fakt, gözlənilməz hadisələrə gətirib çıxaracaq.

 

Kəpənək effekti \ The Butterfly effect

f6
Kəpənək effekti \ The Butterfly effect

“Hətta bir kəpənəyin qanadını çırpması dünyanın digər tərəfində sunamiyə səbəb ola bilər.” Kiçik büdcə, tanınmamış aktyorlar, və yaxşı rejissor işi – gözlənilməz sonluqlu film yaratmağa “böyük” imkanlar lazım deyil. Ağrı, kədər və məyusluğa baxmayaraq, lap dərinlərdə xoşbəxtliklə üzləşəcəksiniz.

 

Qara qu quşu \ Black Swan

f7
Qara qu quşu \ Black Swan

Bu filmi mükəmməl psixoloji dramaya çevirən – güclü aktyor oyunu, inanılmaz atmosfer, klassik soundtrack və müxtəlif emosiyaların palitrasıdır. Rəqqasə Ninanın hiss etdikləri cavabsız bir sual yaradır: “Ruhi sağlamlıq yoxsa keçici şöhrət – hansı daha vacibdir?”

 

Sirrli meşə \ The Village

f8
Sirrli meşə \ The Village

Bu film rəng və gözəllik himnidir. Filmi izləyiciyə yaxın edən, duyğusal və romantik atmosferidir. Lakin insan qorxulardan və təhlükəli həyatdan, qurduğu ideal dünyada nə qədər gizlənəcək?

 

İllüzionist \ The Illusionist

f9
İllüzionist \ The Illusionist

İllüzionist Eyzenhaymın fırıldaqları, hilələri – bu filmin mücəffəqiyyətinin sirridir. Sevgisi naminə hər yola əl atan İllüzionist, izləcilərin hörmətini qazanıb. Bəs siz sevginiz üçün nəyə qadirsiniz?

 

Yoxa çıxan \ Gone Girl

f10
Yoxa çıxan \ Gone Girl

Sonuncu dəqiqəyə qədər gərgin həyəcanla gözlədiyiniz həqiqətin üstü açılacaq. Lakin, həyatda hər şeyin mümkün olduğunu anlayacaqsınız: hətta ən yaxınlarımızı belə, bəzən yaxşı tanımırıq. Film müasir cəmiyyətin çatışmayan cəhətlərini peşəkarlıqla göstərir.