DünyaGündəm

Gürcüstan vətəndaşlarının Schengen ərazisinə vizasız səyahət dövrü başladı

178views

Gürcüstanın Aİ ilə viza tətbiqi bu gündən etibarən rəsmi olaraq qüvvəyə minməsi münasibəti ilə, Baş Nazir Kvirikaşvili və bəzi nazirlər Tiflisdən bir Avropa ölkəsinə gedən ilk vətəndaşlar oldular.

Tiflis Şota Rutaveli Beynəlxalq Hava Limanında səhərə qarşı bir araya gələn Baş Nazir Kvirikaşvili, Xarici İşlər Naziri Mixail Janelidze, Aİ Naziri Viktor Dolidze, Təhsil Naziri Aleksandra Jejelava, qaçqın tələbələr, incəsənət və mədəniyyət nümayəndələri ilə yerli mətbuat nümayəndələri, Kvirikaşvilinin dəvəti ilə Gürcüstan Hava Yolları təyyarəsi Yunanıstanın paytaxtı Afinaya ilk dəfə vizasız səyahət edib.

Kvirikaşvili, səfər öncəsi mətbuat nümayəndələrinə verdiyi açıqlamada, “Bu Gündən etibarən Gürcüstan vətəndaşlarının Schengen ərazisinə vizasız səyahət prosesi rəsmən başladı. Bu, çox böyük bir nailiyyətdir. Vizasız səyahət, Gürcüstan vətəndaşlarına Aİ daha yaxından tanımaq imkanı verəcək” dedi.
Aİ-nin Gürcüstana verdiyi viza sərbəstliyi qərarının uzun və gərgin iş nəticəsində olduğunu bildirən Kvirikaşvili, “İndi biz Avropanın qədim mədəniyyət paytaxtı Afinaya gedəcəyik. Daha sonra Avropanın siyasi paytaxtı Brüsselə gedib təbrik edəcəyik” deyə danışdı.

Xarici işlər Naziri Janelidze isə bu gündən etibarən biometrik pasportu olan bütün Gürcüstan vətəndaşlarının Schengen Bölgəsinə ən çox 90 günlük vizasız səyahət edə biləcəyini söylədi.

Janelidze, “Bizim gələcək addımlarımız Aİ ilə daha dərin inteqrasiyasıdır. Yekun məqsədimiz Aİ ilə tam inteqrasiyadır” ifadələrini istifadə etdi.

Afinada mədəniyyət tədbirlərində iştirak edəcək Gürcüstan nümayəndə heyəti, daha sonra Belçikanın paytaxtı Brüsselə keçərək viza sərbəstliyi mərasimlərində iştirak edəcək.