Səyahət

Gününə 50 dollardan az sərf edərək dünyanı gəzən səyahətçi: “səyahətdə qənaət edin, daha çox gəzin”

192views

Səyahət etməməyimizin əsas səbəbi – vəsaitin olmamasıdır. Biz səyahətə böyük pullar sərf olunduğunu düşünürük. Əgər ölkəmizdə devalvasiyanı nəzərə alsaq, ümumiyyətlə səyahət etməməliyik.

Lakin, bu heç də belə deyil. Məsələn, məşhur səyahətçi, yazıçı və bloger Matthew Kepnes səyahətdə qənaət edərək, dünyanın 80 ölkəsində olub.

tr1

10 il əvvəl çalışdığı işdən çıxan Matthew, səyahət etməyə qərar verib. Səyahətdə gördüklərindən, şahid olduqlarından yazıb, müxtəlif qəzet, jurnallarda dərc olunan səyahətçinin gəliri – yazmaqdan “çıxır”. Yəni, o, həm gəzir, həm gördüklərini insanlarla bölüşür, həm pul qazanır.

Matthew təcrübəsinə əsasən, səyahətdə qənaətin 3 üsulunu bizimlər bölüşür.

1.Biletlərin və otellərin vaxtından çox əvvəl bronlaşdırılması – heç də qənaət üsulu deyil.

tr2

Səyahət etməkdə yeni olanlar düşünürlər ki, biletləri nə qədər tez bronlaşdırsalar, o qədər qabağa düşəcəklər. Həqiqətdə isə bu üsul həmişə bizim xeyrimizə işləmir. Matthew biletlərin 2-3 ay əvvəldən bronlaşdırmağın kifayət olduğunu bildirir. Əgər siz kruiz ya tur paketi bronlaşdırmağı planlaşdırırsınızsa, son ana kimi gözləməlisiniz. Çünki turizm şirkətləri bütün turlarları satmaq məcburiyyətində olduqlarından, son anda inanılmaz endirimlər təklif edirlər.

2.Səyahət zamanı yerli aviaşirkətlərin təkliflərindən yararlanın.

tr5

Səyahət zamanı başqa şəhərə, ölkəyə uçuşunuzu reallaşdırmaq üçün olduğunuz ölkənin yerli aviaşirkətlərinin təklifləri ilə maraqlanın. Nəzərə alın ki, Aviasales, Skyscanner və Momondo kimi beynəlxalq bilet axtarış sitemləri çox şeyi bilsələrdə, hər şeyi bilmirlər. Adətən yerli aviaşirkətlərin endirimləri və təklifləri axtarış sistemlərinə əlavə olunmur. Təbii ki, yerli havayollarının təklifləri ilə tanış olmaq, müqayisə etmək və seçim etmək bir az vaxtınızı alacaq, lakin bu yolla yaxşı qənaət etmiş olacaqsınız.

3.Turistlərin sıx olduğu məkanlarda restoran, kafelərdən heç nə sifariş etməyin.

tr4

Turistlər şəhərin məşhur, görməli yerlərində sıxlıq yaradırlar. Məhs bu yerlərdə ekzotik və bahalı restoranlara rast gəlmək olar. İş orasındadır ki, yalnız “varlı” turistlərə çalışan bu kafe və restoranların menyusu keyfiyyətsiz olur.

Turistlərin olduğu yerlərdən uzaqlaşın, yerlilərin üstünlük verdikləri restoranlarda yeyin. Bu cür restoranların həm dadlı yeməyi, həm də münasib qiyməti sizə xoş sürpriz kimi gələcək.

Olduğunuz şəhərdə populyar və cibinizə uyğun kafe və restoranlarla tanış olmaq üçün  YelpFoursquare və OpenRice kimi saytların xidmətlərindən istifadə edin.