Kosmos

Günəş Sistemi böyüyüb, kainatda görülə bilən qalaktika sayı artmaqdadır

267views

Kainatda görülə bilən qalaktika sayı 2 trilyona bərabərdir.

Elm jurnalı Astrophysical Journalda nəşr olunan hesabata görə, kainatda müşahidə edilən qalaktika sayı daha əvvəl açıqlanandan 10 qat daha çoxdur. Göy alimləri, kainatda müşahidə edilən 2 trilyon qalaktika olduğunu bildiriblər.

Astrophysical Journalda nəşr olunan yazıya görə, daha əvvəl müşahidə edilən, kainatda 200 milyard qalaktika olduğunu düşünən elm insanları, uzun illər Habl kosmos teleskopları ilə izlənərək əldə edilən məlumatlar işığında, bu ədədin düşünüləndən 10 qat daha çox olduğunu təyin ediblər. Əldə edilən məlumatlara görə, kəşf edilən qalaktikaların 90%i çox uzaqdadırlar.

‘Günəş Sistemi böyüyüb’

Digər tərəfdən, Beynəlxalq Astronomiya Birliyi, 2014-ci ildə kəşf edilən ‘2014 UZ224’ adlı planeti, ‘kiçik planet “sinifinə daxil ediblər. Birliyin bu qərarı ilə kiçik planetlər, “Ceres, Eris, Haumea, Makemake, Pluton və 2014 UZ224” olaraq sıralanıblar. Kiçik planet olaraq təsdiqlənən ‘2014 UZ224’in günəşin ətrafında dönməsi, dünyanın 1100  ilinə bərabərdir. Bu isə, kiçik planetin 1 ilinin, dünyanın 1100 ilinə bərabər olması mənasını verir.