MaraqlıTəbiət

Güllərin mənası | Gül rəngləri nə ifadə edir?

7.53Kviews

Bir çox duyğuları bir-birimizə çatdırmaq üçün çiçəkləri, xüsusilə gülləri istifadə edirik.

“Səni sevirəm” ya da “təəssüf”, ya da söyləməyə niyyətli olduğunuz başqa bir şey. Nə qədər sadə, həm də nə qədər gözəl bir yoldur güllər.

 

  • Qırmızı gül: Eşq, ehtiras, şəhvət, hörmət, ürəklilik, çəkingənlik, utancaqlıq
  • Tünd çəhrayı gül: Minnət, təşəkkür, təqdir
  • Mərcan rəngli gül: Arzu, istək, həsrət, gözəllik
  • Bənövşəyi gül: Əbədi eşq.
  • Açıq çəhrayı gül: Zəriflik, incəlik, məmnuniyyət, kef, heyranlıq, sevimlilik, qərarsızlıq, nəzakətlilik
  • Ağ gül: Məsumiyyət, saflıq, təmizlik, gizlilik, hörmət, təvazökarlıq, qorxu, layiq olma, sirr saxlama, azadlıq
  • Sarı-çəhrayı – Ağ alacalı gül: Sosial, yoldaş canlısı
  • Sarı gül: Sevinc, dostluq, yoldaşlıq, iftixar, məmnuniyyət, isti sevgi, qısqanclıq, məyusluq
  • Lavanta rəngli gül: İlk fikirdə aşiq olmaq, sehr, sirr
  • Narıncı gül: Cazibə, heyranlıq, istək, həvəs, səy
  • Mavi gül: İlahi Eşq, taysız-bərəbərsizlik, dostluq
  • Tünd Moruğu gül – matəm
  • Çəhrayı gül – mükəmməl xoşbəxtlik
  • Tünd Göy gül – dostdan artıqsan mənə
  • Qara gül – nifrət

Bəs güllərin sayı barədə nə bilirsiniz? Xoş günlər və ya təltif etmək üçün tək sayda güllər, matəm xarakterli olduqda isə əsasən cüt sayda güllərdən istifadə olunur. Say etibarı ilə isə aşağıdakı saylardan mesaj xarakterli istifadə edə bilərsiniz.

1 gül – sən mənim həyatımsan.
3 gül – səninlə dünyanın sonuna kimi getməyə hazıram.
5 gül – mən səni sevirəm.
7 gül – nişan günü verilir.
9 gül – mən sənə dost kimi hörmət edirəm.
101 gül – 100 güllər içində mənim 1 dənəmsən.

Qırmızı olsun, ağ və ya sarı güllər tək başlarına və ya dəstə halında bir çox şey deyirlər. Əgər çiçəklərin dilinə və fərqli rənglərin mənalarına bir az hakim olsanız, hədiyyə olaraq göndərdiyiniz çiçəyin həqiqi mənasını biləcəksiniz və hətta ona xüsusi bir məna vermə şansınız da olacaq. Həmçinin seçim etməkdə və ya mənasının yalnış ola biləcəyini düşündüyünüz halda, sizin üçün qeyd etdiyimiz bu güllərdən də istifadə edə bilərsiniz.

1. Aster (çayırçiçəyi) – əbədi məhəbbət simvolu.
2. Qırmızı kameliya – sən mənim qəlbimin atəşisən.
3. Ağ qərənfil – sən gözəlsən, məsumsan.
4. Qırmızı qərənfil – səni heç vaxt unutmayacam.
5. Sarı qərənfil – məni məyus etdin, etiraz.
6. Jasmine – məni nə vaxtsa sevəcəksən?
7. Süsən (iris) – gözəl kompliment əvəzi.
8. Lavanda – mən məhəbbətimi tapdım.
9. İnciçicəyi – məni kaprizlərinlə niye üzürsən?
10. Ağ lilya (zanbaq) – məsumluq, təmizlik.
11. Sarı lilya – saxta sima.
12. Maqnoliya – xeyirxahlıq, xüsusi diqqət.
13. Mimosa – mən hisslərimi gizlədirəm.
14. Nərgiz – qarşılıqlı sevgi, arzu.
15. Səhləb (orxideya) – sevgi, gözəllik, cazibədar xanım.
16. Pion (buynuzbas) – xoşbəxt həyata dəvət.
17. Çəhrayı və qırmızı qızıl gül – məhəbbət, əlçatmaz səadət.
18. Ağ qızıl gül – sən əvəz edilməzsən.
19. Sarı qızılgül – səni sevirəm.
20. Tikansız qönçə – ilk baxışdan vuruldum.
21. Qırmızı zanbaq – mən səni sevirəm.
22. Bənövşə – sevgimizi sirr olaraq saxlayaq.
23. Xrizantema – sən yaxşı dostsan.