Oyun

GTA Online üçün Bikers DLC’si çıxdı

664views

Mühərrikinizi hazırlayın, dəstənizi yığın, çünki GTA Online’da “Biker” şəbəkələrinin mübarizələri başlayır. “Bikers” adlı DLC, PC, PlayStation 4 və Xbox One oyunçularının bəyənməsinə təqdim edildi. Yeni əlavənin ölçüsü isə, 2GB’a yaxındır.
Və bəli, bu pulsuz bir yeniləmədir. Bu paket sayəsində oyuna bir çox yeni mühərrik, modikasiya variantları, dəbilqələr, geyimlər, silahlar, döymələr və dahası əlavə olunub. Əlavə olaraq, həm tək həm də Co-Op olaraq hərəkət edə biləcəyiniz yeni vəzifələrə qovuşursunuz.