SağlamlıqXəbərlər

Gözaltı torbalar ilə mübarizə və müalicə üsulları

434views

Gözaltı torbalar və Bənövşəyi halqalar

Üzdə tük qatının olmamasının bir çox müsbət xüsusiyyətləri var. Üzün tüksüz olması bakteryaların üzümüzdə tutunma yerinin olmamasına kömək edir. Eyni zamanda hisslərimizin digər insanlar tərəfindən görünməsini asanlaşdırır. Ancaq bunun mənfi cəhətlərindən biri, yorğunluğumuzu da ələ verməsidir.

Bəs üzümüzdəki gözaltı torbaların nə kimi zərərləri var?

Əksər insanlarda gözaltı torbaların tibbi baxımdan elə də bir zərəri yoxdur. Ancaq alimlər bir çox insanın gözaltı torbaları və bənövşəyi halqalardan narahat olduğunu və bu həyəcanla həyat tərzlərinə müəyyən mənada mənfi təsir göstərdiyini bildirir.Bu səbəbdən üzdəki dəyişim sağlamlıq baxımdan problem olmadığı halda psixoloji təsir göstərirsə, o zaman bunun araşdırılması məsləhət olunur.

askwell_eyes-tmagArticle

Üz dərisinin quruluşu haqqında

Göz altındakı dəri incə olduğu üçün demək olar ki görüntüsü şəffafdır. Bu səbəblə burada yerləşən damarlar daha görsənəndir və dərinin daha tünd rəngdə görünməsinə səbəb olur.

ABŞ-dakı UCLA Dermatologiya Institutunun dəri həkimi Hayley Goldbach “Bir insan gözaltı torbalarının olduğundan şikayət etdiyi zaman ilk öncə onu müayinə etmək lazımdır. Çünki göz altındakı tünd priqmentlər kölgə və ya daha qabarıq damarlar ola bilər” deyə bidlriib.

Goldbach müayinə zamanı ilk olaraq hemin yerdəki dərini dartaraq səbəbi aydınlaşdırır. Əgər tündlük artırsa səbəb damarlar, azalırsa dərinin boşalması olduğu məlum olur.

Göz altı deyə adlandırdığımız burun,göz və yanaq arasındakı hissəni dermatoloqlar gözyaşı yatağı olaraq adlandırır. Çünki bu hissə ilə göz yaşı axır və insanın yaşı artdıqca dəri altındakı yağ təbəqəsinin incəlmə səbəbindən gözün altı daha çuxur görsənir. Bu optik illüziya yaradır. Buradakı tündlük əslində işığın üzdəki əksinin görüntüsüdür.

goz-alti-torbasi-nasil-gecer

Yağ təbəqəsi haqında 

Dermatoloqlar göz altındakı problemin səbəbini rəng metodu ilə də müəyyənləşdirə bilirlər. Gözün altındakı dəri mavi,çəhrayı ya da bənövşəyi tonlarda görünürsə bunun səbəbi damarlardır.

Gözün altındakı bənövşəyi halqaların ən əsas səbəbi, dəri altındakı yağ təbəqəsinin incəlməsidir. İnsanı yorğun göstərən əsas səbəb də məhs sözü gedən, bənövşəyi halqalardır. Ancaq yorğunluqdan əlavə də səbəblər mövcuddur.

Bəzən yuxudan yeni oyandığımızda bu halqalar daha gözə çarpandır. Çox miqdarda duzlu yeməklər yeməyimiz, buna səbəb ola bilər. Misal üçün, axşam duzlu kartof qızartması yemisinizsə, səhər oyananda göz torbalarınızın şiş olduğunu görə bilərsiniz. Bu zaman problemin yorğunluq olmadığı aşkardır.

İnfraqırmızı şüalanmaya məruz qalma, stres, spirtli içki və sigaretin qəbulunun da bənövşəyi halqaların yaranmasına səbəb ola biləcəyi bildirilir. Ancaq bu iddialar elmdə hələki öz sübutunu tapmayıb. Gözü ovuşdurma, qaşıma ya da göz yaşarması kimi allergiyaların da buna yol açdığı sübut olunub.

6359062700710266301543145611_wakeup

Müalicə üsulları

Gözaltı torbaları və bənövşəyi halqalar əsasən kosmetik və estetik problemlər olduğundan, müalicə üsulları ilə bağlı vacib araşdırmalar yoxdur.

Bənövşəyi halqalar üçün rəng tonunu açan kremlər, dərinin üst təbəqəsini kimyəvi lasyonlar ilə soymaq və lazer üsulu tətbiq olunur. Soymaq üçün istifadə olunan lasyonlar, göbələk və armud ağacından hazırlanır.

Bəzi Dermatoloqlar isə bu hissəyə C vitamini tətbiqini məsləhət görürlər. Günəş kremi və günəş eynəkləri də məsləhət olunandır.

landscape-1458245347-under-eye-circles-index

Biz isə, daha dolğun nəticələr əldə edilənə və sağlam müalicə üsulu hazırlanana qədər,bu dəyişimi daha müdrik bir üzün özəlliyi olaraq qəbul etməyinizi və onlar ilə bərabər yaşamağı öyrənməyinizi sizə məsləhət görürük.