İnternetŞəbəkə

Google, texnologiya nəhəngini geridə qoyaraq dünyanın ən qiymətli markası oldu

788views

İnternet nəhəngi və axtarış motoru Google, dünyanın ən qiymətli markaları siyahısında texnologiya nəhəngi Apple-ı geridə qoyaraq zirvəyə yüksəldiyi bildirildi.

Brend Finance-ın nəşr etdiyi 2017-ci il Global 500 adlı hesabatda, Google-ın marka dəyərinin keçən ilə nisbətən 24% artım göstərərək 109.5 milyard dollara yüksəldiyi bildirildi. Keçən ilki hesabatda Google-ın marka dəyəri 88.2 milyard dollar olmuşdu.

Beləliklə Google, Apple-ı keçərək, dünyanın ən qiymətli markası oldu.

Hesabatda, dünyanın ən böyük markalarının müştərilərinə çatmasını təmin edən Google-ın axtarış motorunun uğuruna diqqət çəkilərkən, şirkətin bu xidmətdən əldə etdiyi reklam gəlirlərinin də keçən ildən ilə 20 faiz artdığı vurğulanıb.

Digər tərəfdən, hesabatda, Apple-ın marka dəyərinin keçən ilə nisbətən 27 faiz azalaraq 107.1 milyard dollara düşdüyü qeyd olunub. Şirkətin keçən il marka dəyəri 145.9 milyard dollar olmuşdu.

Beləliklə 2011-ci ildən bu yana 6 il üst-üstə dünyanın ən qiymətli markaları siyahısının zirvəsində yer alan Apple, bu il ikinci sıraya geriləyib.