İnternetKino

Google artıq “Harry Potter”in caduları ilə idarə olunur

224views

Artıq “Okey Google” servisini Joan Rowling-in kitablarındakı cadular ilə idarə etmək mümkündür.

Belə ki, telefonda fənəri yandırmaq istədiyinizdə, “Lumos” komandasını vermək yetərlidir. Harri Potter kainatında bu cadu ilə sehrli çubuğun ucundu kiçik işıq yanır.

Fənəri söndürməyiniz üçün isə “Nox” əmrini verməyiniz kifayətdir. Caduların köməyi ilə telefonu səssiz rejimə də keçirə bilərsiniz. Bunun üçün sehrli “Silenco”  kəlməsini işlədin.

bb2

Xatırladaq ki, yeni funksiya yalnız Android əməliyyat sistemi üçün nəzərdə tutulub.

“Sehrli” imkanların genişləndirlməsi üçün Google Warner Bros. Pictures ilə tərəfdaşlıq edir. Warner Bros. Pictures və Google birlikdəliyi “Fantastik məxluqlar və onların yaşadıqları yer/ fantastic beasts and where to find them” filminin premyerasına hazırlaşır. Daha əvvəl Google filmin çəkildiyi New York 1926-cı il dekorasiyalı şəhərə səyahət etməyimiz üçün, xüsusi tətbiq təqdim etmişdi. Bu səhifədə Google və Warner Bros. Pictures sehrli film üçün hazırladıqları tətbiqlərlə tanış ola bilərsiniz.

Qeyd edək ki, “Fantastik məxluqlar və onların yaşadıqları yer” filminin premyerası Bakıda 17 noyabr 2016 tarixində gözlənilir.