İnternet

Google, 7 yeni planeti axtarış sistemində doodle etdi

Google Doodle
188views

Google, ABŞ Milli Aviasiya və Kosmos Dairəsinin (NASA), 7 yeni planet kəşf edildiyi açıqlamasının ardından, bunu doodle edib.

NASA Günəş Sistemi xaricində kəşf edilən planetlər üçün əhəmiyyətli bir mətbuat konfransı keçirərək dünyadan 40 işıq ili uzaqda olan 7 yeni planet kəşf etdiyini açıqlayıb.
İnternetdən axtarış aparmaq istəyən istifadəçilər, Google əsas səhifəsində, NASA tərəfindən kəşf edilən 7 yeni planetə xüsusi hazırlanan qısa video ilə qarşılaşırlar.

Exoplanet Discovered

Qeyd edək ki, TRAPPIST-1 sistemindəki planetlər qayalıq planetlər olub su ehtiva etmə ehtimalları yüksəkdir, Həyata yararlı bölgədə yerləşən üç planetdə maye su və okeanlar olduğu düşünülür.

Planetlərin altısı doğru temperatur xəttində yerləşir və səth temperaturu 0-100 dərəcə selsi arasndadır. 2018-ci ildə istifadəsinə başlanacaq Vebb teleskopu vasitəsi ilə atmosfer müşahidəsinə başlanaraq azot, oksigen, metan kimi həyat komponentləri axtarılaraq bunun olub-olmadığı haqqında açıqlamalar veriləcək.