İnternet

Gmail vasitəsi ilə pul göndərmək artıq mümkün olacaq

235views

Gmail tətbiqi son yeniləmə ilə yanaşı pul alıb-göndərmək xüsusiyyətlərini də gətirdi.

Google-ın ağıllı telefonlar üçün istehsal etmiş olduğu Android sisteminə malik olanlar, artıq, yenə Google-ın xidməti olan Gmailde e-poçtunuza əlavə olaraq ödəmə göndərə biləcək. Daha əvvəl mobil cihazlarda istifadə edilməyən xüsusiyyət, indi tətbiq olunmuş vəziyyətdədir. Android istifadəçiləri artıq e-poçtlarında həm pul tələbi edə, həm də pul göndərə biləcəklər.

Gmail üzərindəki pulla bağlı əməliyyatlar, Google Wallet (Google Pul Kisəsi) inteqrasiya ilə təmin olunacaq. Məsələn yoldaşınızla yeməyin yarısını ödəmək istəyirsiniz, etməniz lazım olan şey, həqiqətən, çox sadədir. E-poçtunuz yaradarkən “Əlavə” qismində “Pul göndər” variantını istifadə edəcəksiniz. Bundan sonra Google Pul Kisəsi, sizə nə qədər pul göndərmək istədiyinizi soruşan bir ekran çıxaracaqdır.

Həmin xüsusiyyət hələlik yalnız ABŞ-da keçərlidir. Digər ölkələrə nə vaxt təqdim olunacağı isə hələ bilinmir.