Kino

Game of Thrones’un 7-ci mövsümünün ssenarisi internetə sızdırılıb

237views

Game of Thrones’un 7-ci mövsümünün ssenarisi internetə sızdırılıb

Son illərin ən çox seyr edilən Game of Thrones‘un maraqla gözlənilən 7-ci mövsümünün ssenarisi internetə sızdırılıb. Sona doğru yaxınlaşdıqca həyəcan da zirvəyə dırmaşmağa davam etməkdədir. Son olaraq ehtişamlı bir 6-cı mövsüm finalını geridə buraxan fenomen serialı gözləyənlərin böyük marağını çəkəcək bir xəbərlə qarşınızdadır.
Bir müddət əvvəl çəkilişləri davam edən serialın 7-ci mövsümünə aid set fotoşəkillərinin sızdırılmasının ardından indi isə bir Reddit istifadəçisi Game of Thrones‘un 7-ci mövsümünün ssenarisinin hamısını internetə sızdırdı. Freefolk adlı Reddit istifadəçisi daha əvvəl də ötən mövsümlə əlaqədar tamamilə doğru və ətraflı paylaşdığı məlumatlarla diqqət çəkmişdi.

Digər tərəfdən paylaşılan məzmun qısa bir müddət içərisində Reddit‘dən qaldırılsa da bu anda internetdə yayılmağa davam edir. Heastst saytı 7 hissədə də keçən detalları buradakı səhifəsində qısa qısa yer verib (linkə tıklamadan məzmunun İngilis dilində olduğunu və ağır spoiler daşıyır).

Serialda Missandei rolunu canlandıran Nathalie Emmanuel rəsmi Twitter hesabı üzərindən sızıntılardan ötəri xəyal qırıqlığı yaşadığını söyləyib və sızıntı həqiqətini təsdiq edib.