CihazlarMobil

Galaxy S8 və Galaxy S8 Plus qiymət və rəng variantları müəyyən oldu

Galaxy S8
1.38Kviews

Galaxy S8 və Galaxy S8 Plus qiymət və rəng variantları müəyyən oldu.

Samsungun yeni admiral gəmisi modelləri Galaxy S8 ilə Galaxy S8 Plus-un qiymət və rəng variantları bilindi. Görünüşə görə cihazlar qiymət məsələsində də iPhone 8lərlə yarışacaqlar.

Galaxy S8 (SM-G950) və Galaxy S8 Plus (SM-G955) modelləri bir Şərqi Avropa pərakəndə satıcısının bazasında siyahıya alınıb. Siyahıda Galaxy S8 (SM-G950) və Galaxy S8 Plus (SM-G955) modelləri müvafiq 950$ və 1,050$ qiymət ilə satışa çıxarılacağı göstərilir. İphone 8in də ilkin hesabatlarında qiymətinin 1,000$ buraxılışında olacağını dediyindən, modellərin bir-biri ilə qiymət məsələsində də yarışacaqlarını deyə bilərik.


Digər tərəfdən bu siyahıda cihazların rəng variantları da bildirilmişdir. Görünüşə görə Galaxy S8 və S8 Plus, Qara, Qızılı və Orxideya Boz rəng variantlarına sahib olacaq.

Galaxy S8 və Galaxy S8 Plus həmçinin müvafiq 5.8-düym və 6.2-düym ölçülərində nəhəng ekranlara malik olacaqlarını da bilirik.