Mobil

Galaxy S8 və iPhone 8 su keçirməz olacaq?

263views

Həm Galaxy S8 həm də iPhone 8, ən yüksək su izolyasiyası dərəcəsinə malik olacaq

Samsungun və Appleın yeni üst səviyyə ağıllı telefon modelləri Galaxy S8 və iPhone 8 modelləri ən yüksək səviyyə toz və suya dözümlü formada olacaq.

2017-ci ilin ən çox gözlənilən ağıllı telefon modelləri heç şübhəsiz ki, Galaxy S8 iPhone 8-dir. Ötən gün bu iki model ilə bağlı yeni məlumatlar gəlmişdi. The Investor-un hesabatlarına görə, Samsung Electronics Galaxy S8 modeli və Apple-ın iPhone 8 modeli, ən yüksək səviyyə su və toza qarşı dözümlü olacaq. Yəni IP68 sertifikatlı olacaqlar.

Samsung

Əvvəlki iPhone 7 modelləri IP67 sertifikatı ilə gəlmişdilər. Yəni bu modellər duşda, yağışda rahatlıqla istifadə edilə bilinər ancaq uzun müddət su təmasına məruz qalsalar xarab ola bilərlər. iPhone 8 isə bu mövzuda daha dözümlü olacaq.

Digər tərəfdən, Samsung isə su izolyasiyası xüsusiyyətini son olaraq yeni nəsil Galaxy A seriyası telefonlarına qədər endirmişdi. Eyni zamanda yeni nəsil Galaxy J seriyası telefonları da su keçirməz formada olacağı bildirilir.