Xəbərlər

Samsung Galaxy Note 7, az yaşlı uşağın əlində partlayıb

253views

Uzun müddətdir batareya problemi olduğu bildirilən Samsung Galaxy Note 7, ABŞ’da 6 yaşındakı bir uşağın əlindəykən partlayıb.

Günlərdir edilən xəbərdarlıqlar, qadağalara baxmayaraq gözlənilən təhlükə baş verib.

ABŞ-ın Brooklyn şəhərində yaşanan hadisədə Samsung-un Galaxy Note 7 modeli, 6 yaşındakı uşağın əlindəykən partlayıb. Kiçik uşaq dərhal təcili yardım vasitəsi ilə Tibb Mərkəzi-nə çatdırılıb.

Talehsiz uşağın nənəsi Linda Lewis, partlayışın video izlərkən reallaşdığını söyləyib.

Məlumata görə zərərçəkən ilkin müayinədən sonra evinə buraxılıb. Uşağın qorxduğu və artıq telefonlara yaxın durmadığı bildirilir

Eyni zamanda artıq ailənin Samsunga şirkətinə müraciət etdiyi də gələn məlumatlar arasındadır.