Maraqlı

Gələcəyin insanı necə görünüşə malik olacaq?

1.23Kviews

1910cu ildə “New York Tribune” qəzetinin üz qapağında gələcəyin amerika sakinin ehtimal olunan görünüşü dərc olunmuşdu.

insan2
Gələcəyin insanı, New York Tribune, 1910

Bu şəkil 24 fərqli millətdən olan kişilərin fotolarından hazırlanmışdı. Gələcəyin amerikalısı müxtəlif millətlərin “qarışımı” kimi təsəvvür olunurdu.

insan3
“Amerikanın yeni üzü” Time, 1993

1993cü ildə “Time” jurnalı da üz qapağında “Amerikanın yeni üzü”nü dərc etdi. Bu dəfə “gələcəyin” üzü qadın idi və müxtəlif irqlərdən olan amerika vətəndaşlarının fotolarından qurulmuşdu.

insan4
2050ci ildə Amerika vətəndaşınnın görünüşü, National Geographic, 2013

2013cü ildə “gələcəyin insanını” dərc etmək “National Geographic” jurnalının öhdəsinə düşdü. Ehtimal olunur ki, 2050ci ildə amerika vətəndaşı məhz belə görünüşə malik olacaq.

Əlbətdə, insanın gələcəkdə hansı görünüşə malik olması təkçə irqlərin və millətlərin “qarışmasının” nəticəsi yox, eləcə də ətraf təsirin nəticəsi ola bilər.

insan5
Gələcəyin insanı, Nikolay Lamm

Tədqiqatçı rəssam Nikolay Lamm hesab edir ki, gələcəkdə insanın inkişaf etmiş beynin yerləşməsi üçün, başının da ölçüsü tədricən böyüyəcək. Göz qapaqları qalınlaşacaq, gözlər daha iri olacaq, dərinin rəngi tündləşəcək. Bir sözlə, gələcəyin insanı yapon manqalarının personajlarından seçilməyəcək.

Bioloq Stiv Consun sözlərinə görə isə, insan təkamülü, heyvan növlərindən fərqli olaraq, tamamilə dayanıb. Beləliklə, insanın gələcək görünüşündə indikindən fərqli heç bir şey olmayacaq.