Futbol

Futzal üzrə dünya çempionatı: Azərbaycan Mərakeşə qarşı

172views

Futzal üzrə növbəti dünya çempionatı start götürüb. Milli komandamızın da müvbarizə apardığı yarışda bir sıra görüşlər keçirilib. Artıq 4 qrupda ilk tura yekun vurulub. Günün maraqlı qarşılaşmalarından biri Ukrayna və Braziliya milliləri arasında oynanılıb. İlk hissədə qapılarından 2 cavabsız top buraxan ukraynalılar, fasilədən sonra hesab arasındakı fərqi minimuma endiriblər. Buna baxmayaraq oyunun sonlarında rəqib qapısına daha bir top vuran cənubi amerikalılar, 3:1 hesablı qələbəyə seviniblər.  D qrupunun digər matçında Mozambik və Avstraliya kollektivləri münasibətlərə aydınlıq gətiriblər. Fasiləyədək 3 dəfə oyuna mərkəzdən başalamağa məcbur olan afrikalı futzalçılar, 2-ci hissədə bu toplardan ikisinin əvəzini çıxsalar da, bundan artığına gücləri çatmayıb. Mozambik – 2, Avstraliya – 3.

C  qrupunda yarışan İtaliya millisi də dünya çempionatına qələbə ilə başlayıb. Appeninlilər Paraqvay yığması ilə görüşdə iki dəfə hesabda geri düşsələr də, qarşılaşmanı qələbə ilə başa vurmağı bacarıblar. İtaliya – 4, Paraqvay – 2. Bu qrupun digər qarşılaşmasında da eyni hesab qeydə alınıb. Belə ki, Vetnam Qvatemalanı 4:2 hesabı ilə məğlub edib. Bundan başqa A  qrupunda Panama Özbəkistana 3-1 hesabı ilə qalib gəlibsə, Kolumbiya – Portuqaliya matçında 1:1 hesablı heç-heçə qeydə alınıb. B qrupunun nəticələrinə gəldikdə Rusiya Tailandı 6:4, Misir isə Kubanı 7:1 hesabı ilə məğlub edib.

Bu gün keçiriləcək 4 oyunla qrup mərhələsində 1-ci tura yekun vurulacaq. F qrupunda yarışan milli komandamız Mərakeş yığması ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə gecə saat 3:00-da başlayacaq. Qrupumuzun digər matçında isə İspaniya və İran futzalçıları meydana çıxacaqlar.

Elnur Cəfərov
idman xəbərləri yazarı