Dünya

Futbolçulardan evsizlərə yardım

Paulo Dybala & Juan Iturbe
151views

İtaliyada qeyri-hökumət təşkilatlarından birinin sosial media vasitəsi ilə etdiyi kömək çağırışına futbolçulardan cavab gəlib.

Juventusun Argentinalı futbolçusu Paulo Dybala və Torino klubunun futbolçusu Juan Iturbe, Torino şəhərinin küçələrini gəzərək evsizlərə ədyal və isti aş paylayıb, onlarla həmsöhbət olublar.

https://twitter.com/IFTVOfficial/status/820294331768573952?ref_src=twsrc%5Etfw

Sosial mediada başladılan kampaniya qısa müddətdə böyük maraqla qarşılanıb. Kampaniya sayəsində şəhərdəki bütün evsizlərə çatacaq qədər ədyal toplandığı bildirilir.

Təşkilat, evsizlərlə hal-əhval tutmağın, onlarla həmsöhbət olmağın maddi yardımlar qədər lazımlı olduğunu vurğulayır.