Xəbərlər

Fransızlar Obamanı prezident olaraq görmək istəyir

obama17 france
712views

Fransada prezident seçkilərinə qısa bir müddət qalmış ABŞ-ın köhnə prezidenti Barak Obamanın afişaları da Paris küçələrində görülməkdədir.

Dörd Fransız dostun zarafat olaraq 2017 seçkilərində Barak Obamanı da görmək istədikləri ilə başlayan və daha sonra internetdə sürətlə yayılan kampaniyanın ardından üstəlik Obama17 adlı veb saytı da qurulub.

yaaz.az Obama 17 Fransa

Təşkilatçılar Fransız siyasətçilərdən bezdikləri üçün belə bir yola müraciət etdiklərini və məqsədlərinin xalqa bəzi şeyləri göstərmək olduğunu bildirib.

Obama maskası taxaraq mətbuatın qarşısına çıxan dörd yoldaş, internet üzərindən başlatdıqları kampaniyanın 1 milyon imza toplayacağına ümid edir.

Hazırda isə online ərizəni 40 mindən çox insan imzalayıb.