Eurovision

Fransanın Eurovision 2017 mahnısı, 2015’ci ildə konsertdə oxunub | EBU qaydaları buna icazə verir?

Alma
723views

Fransanın Eurovision təmsilçisi Alma, mahnısı “Requiem” i 2015 ildə bir konsertində səsləndirib.

Daha sonra 2016-cı ildə müxtəlif konsertlərdə eyni mahnını səsləndirən Alma, ötən həftə o mahnını Avroviziya mahnısı kimi açıqlamışdı. Bəs EBU bu məsələ haqqında nə deyir?

EBU-nun qaydalarına görə ilin Eurovision mahnısı, sentyabr ayından əvvəl “mahnl” olaraq dərc edilə bilinməz. Yəni, 2017 Avroviziyada yarışacaq olan bir mahnı, 2016 sentyabr ayından əvvəl heç bir ifaçının albomunda və sinql olaraq nəşr edilə bilinməz.

Ancaq EBU, sənətkarların konsertlərində səsləndirdiyi mahnılara qarşı heç bir sanksiya tətbiq etmir. Yəni əgər Eurovision mahnınızı keçdiyiniz illərdə konsertinizdə oxumusuzsa, yenə o mahnıyla Eurovisiona qatıla bilərsiniz.

EBU-nun diqqət çəkdiyi başqa bir məsələ isə, bu konsertlərin mahnı üçün böyük bir müsbət yaratmamasıdır. Yəni Avroviziya mahnınızı böyük bir festivalda və ya minlərlə insanın izlədiyi konsertinizdə səsləndirməməniz lazımdır.

Xatırladaq ki, 2012-ci ildə Anouk ‘Birds’, 2015-ci ildə də Jamala ‘1944’u konsertində səsləndirmişdi.