DigərPsixologiya

Fobiya və Qorxunun fərqi

623views

 

Çoxu Fobia sözünü dəfələrlə eşitsə də, onun  açıqlamasından hali deyil. Yunan dilindən tərcümədə Fobiya qorxu-həyəcan mənasını verir. Qorxu və Fobia sözləri mənaca yaxın olsada arasında ki, əhəmiyyətli fərqlər hər birinin özünə xas mənasını qoruyub saxlayır.

Qorxu hissi orqanizmin kəskin ürək döyüntələri fonunda  real təhlükədən qoruma funksiyasını daşıyır.

Qorxu hissi bizə həyat təcrübəsi ilə gəlir, məsələn uşaqlar  adətən hündürlükdən, oda əl vurmaqdan qorxmurlar. Yalnız nəticəsini görəndən sonra qorxu nəticəsində bunu etməməliyəm kimi bir qanun yaranır. Buna faydalı qorxu deyilir, cünki bu qorxular  bizi qorumuş olur.

Bəs Fobiyanı sadə qorxu hissindən necə fərqləndirmək mümkündür?

Məsələn elə insan varki ictimai nəqliyyatdan istifadə etməkdən çəkinir. Beləki, qorxu hissi bəsləyən kəs öncəki yaxşı bitməyən nəticəsinə əsaslanaraq istifadə etməməyi seçirsə, və istisna hallarda nəqliyyatdan istifadəsi mümkündürsə, Amaksofobiya fobiyası olan kəs heç bir vəclə, çıxılmaz vəziyyətdə olsa belə  nəqliyyatdan istifadə etməyəcək.

amaksofobija-1140x445


Ən çox yayılmış qorxular sırasında ilanlara, hörümçəklərə, qapalı məkana, qaranlığa, təyyarələrə, itlərə, diş həkimlərinə qarşı olan qorxudur


Zoofobiyanın ən çox yayılmış qorxu növü məhz Ofidiofobiyadır –  ilanlara qarşı olan bu qorxu fobiyalar arasında birinci yeri tutur. Amerikalı alimlərinin araşdırmalarına əsasən ilanlara qarşı qorxu bu heyvanlar haqqında daimi neqativ fikir səbəb olub.

55454-870x400

Uçuşlara qarşı qorxu Aerofobiya adlanır, bir çox insanlar təyyarədən istifədə etməkdən qorxur, 2 saatlıq yolu 2 günlük yerüstü nəqliyyatdan istifadə edərək dəyişməyə məcbur olur.
Bu qorxu sahibləri 2 qrupa bölünür, aviaqəzadan qorxanlar və qapalı məkandan qorxduğu üçün bu nəqliyyat vasitəsindən istifadə etməyənlər.

11071-ytrhmmi3m2e4nw
Diş həkimlərindən hədsiz qorxu Dentofobiyadan dünya əhalisinn 46% əziyyət çəkir. Həkim kabinetinin qoxusundan belə qorxan bu qrup insanların əsas səbəbi ağrını özündə böyütməsidir. Hal hazırda dünya stomotoloqları və psixoloqları bu vəziyyəti və pasientləri daha sabit ortamda qəbul qaydalarını araşdırır.

76766754-870x400
İtlər insanların ən yaxşı dostu olsada onlardan qorxan az deyil, bu qorxuya Kinofobiya deyilir.
Ohayo universitetinin professoru Bred Şmidtin sözlərinə görə, insanlar itlərdən onların dişləmək vərdişini bildiyi üçün çəkinir.

kak-izbavitsya-ot-straha

Brontofobiya – Şimşək, ildırıma qarşı olan şiddətli qorxudur, bu qorxunun səbəbləri hələdə müəyyən olunmayıb.

most-common_phobias_07

Əsasən uşaqlar arasında ən çox yayılan qorxu hissi qaranlığa qarşı olan Niktofobiya fobiyasıdır.

2

Akrofobiya – Hündürlükdən qorxanların fobiyasıdır. Demək olarki bütün insanlar hədsiz yüksəklidən qorxur, çox vaxt baş gicəllənməsi ilə müşaiət olunan bu qorxu çox vaxt qadınlarda rast gəlinir. Yüksəklikdə ikən, aşağı baxmamağa tövsiyyə görülür.
walk-540x320
Hal hazırda dünya əhalisinin 9% – 500 dən çox fobiya növü mövcüddur, araşdırmalar göstərir ki, dünyada yaşayan hər 8ci adam fobiyanın hansısa növündən əziyyət çəkir.


Fobiyaların gerçək səbəbləri hələ tapılmasada, onun ən effektiv müalicə üsulu Üzləşdirmə müalicəsidir


Bu üsul ilə qorxu yaradan vəziyyət və ya obyektin üzərinə gedərək ortaya çıxan narahatlıq ilə mübarizə etmək mümkündür.

Əks halda Fobiyalar uzun zaman davam edə bilir.