Gündəm

Finlandiyada homoseksual evlilik qanuniləşdirildi

273views

Finlandiyada, homoseksual cütlərə münasibətlərini rəsmiləşdirmək icazəsini verən “bərabər hüquqlara əsaslanan evlilik qanunu” qüvvəyə mindi.

Fin mediasının xəbərinə görə yeni qanunda evlilik, kişi və qadının birliyi kimi yox, iki nəfərin birliyi kimi ifadə edilir.

Fin parlamenti əlaqədar qanunu ikinci təşəbbüs nəticəsində 2014-də qəbul etmişdi. Səsvermədə 101 deputat qanuna “bəli” deyərkən 90 millət vəkili də “xeyr” səsi vermişdi.

Finlandiyada 2002-də homoseksual cütlərə mədəni münasibət qurma icazəsi də tanınmışdı.