Mətbəx

Fincanda tez və rahat hazırlanan şokoladlı desert

281views

Tortlar və desertləri hazırlamağı bacarmayanlar belə bu deserti asanlıqla hazırlayacaqlar. Desertin hazırlanma qaydası minimum ərzaq və vaxt tələb edir. Ərzaqlardan əlavə keramik fincan lazım olacaq. Fincanın keramik olması – əsas şərtdir. İkinci şərt isə – mikrodalğalı sobanızın olmasıdır.
Beləliklə, çox az vaxt sərf edərək fincanda dadlı və ətirli desert hazırlaya biləcəksiniz.

Tərkibi:

  • 55 ml. süd
  • 30 qr. un
  • ¼ ç.q. qabartma tozu
  • 2 ç.q. şokolad məcunu/yağı (məs: Nutella)

kr1

Hazırlanması:

Ərzaqları fincana əlavə edib qarışdırın. Qarışım fincanın yarıya qədər doldurmalıdır. Fincanı mikrodalğalı sobaya yerləşdirib yüksək isdilikdə 1 dəqiqə bişirin. Daha sonra vaxtı 10-15 saniyəyə endirin. Desert hazır olana qədər bunu təkrarlayın.
Hazır keksin üstü bir az tutqun olmalı, üzərinə basanda isə qalxmalıdır.