Təbiət

Fillər haqqında araşdırma maraqlı məqamı ortaya çıxarıb

Filler haqqinda melumat 2017
1.82Kviews

Aparılan araşdırmalar, Afrika fillerinin bütün məməlilər arasında ən az yatan məməli heyvan növü olduğunu ortaya çıxarıb.

Alimlər, bu araşdırmanı Botswana’dakı iki fili təbii həyatlarında müşahidə edərək reallaşdırıb. Gündə 4-6 saat yatan və zooparklarda yaşayan fillərdən fərqli olaraq, təbiətdə azad hərəkət edən fillərin gündə ən çox 2 saat yatdığı məlum olub.

Sürülərinin lideri olan dişi fillər isə bir neçə günə qədər oyaq qala bilir. Bu müddət ərzində uzun məsafələr qət edərək, sürünü yırtıcıların hücumundan qorunması üçün də bir yerdə tutmağa çalışır.

Üç – dörd gündə bir dərin yuxuya dalan lider fillərin, ayaq üstə deyil uzanaraq yatdıqları məlum olub.

Filler haqqinda 2017 yaaz.az

Cənubi Afrikadakı Witwatersrand Universitetindən Paul Manger, fil yuxusunun bənzərsiz olduğunu ifadə edərək, “Ən az yatan məməli heyvanlardır. Bunun da fillərin bədənlərinin böyüklüyü ilə əlaqədar olduğunu hesab edirik” deyə bildirib.

Manger, güclü yaddaşlarıyla tanınan fillərin belə az yatmasını, “Dərin yuxu, yaddaşa müsbət təsir edir” fikirlərinin doğruluğuna işarə etdiyini bidlirib.

Araşdırmanı icra edən qrup, fillərin yuxu nizamlarını təsbit edə bilmək üçün, təqib cihazını, seçilən iki filin xortumlarına yerləşdirib. Araşdırılan iki filin, hansı mövqedə yatdıqlarını təyin etmək üçün isə, gyroscope cihazından istifadə edilib.

yaaz.az Filler haqqinda 2017

Ümumilikdə isə, böyük bədənli məməlilərin kiçik olanlardan daha çox yadtığı məlumdur. Məsələn, Sloth adlı məməli günün 14 saatını yataraq keçirərkən, insanlar orta hesabla 8 saat yatır.

Fillərin bu cür az yuxu ilə necə həyatda qala bildikləri isə, hələki sirrini qoruyur.