CihazlarFutbol

FIFA, ilk dəfə ‘video hakim’dən istifadə etdi

201views

Fransa ilə İtaliya arasında oynanan hazırlıq matçında mübahisəli mövqelərin daha açıq başa düşülməsi üçün ilk dəfə ‘video hakim’ texnologiyasından istifadə edildi.

Beynəlxalq Futbol Federasiyaları Birliyi (FIFA), Fransa ilə İtaliya arasında dünən oynanan hazırlıq matçında mübahisəli mövqe təkrarını izləmək üçün ilk dəfə videolu sistem istifadə etdi. İtalyan futbolçular, Fransız müdafiə oyunçusu Layvin Kurzawa’nın cəza sahəsi içində topu əllə oynadığı üçün penalti etirazı etdilər. Hollandiyalı hakim Björn Kuipers qarşılaşmağı dayandırdı və sahə kənarında videodan mövqe təkrarını izləyib penalti olmadığına qərar verdi.

Dünya Kubokunun bütün matçlarında istifadə ediləcək

İlk dəfə beynəlxalq bir matçda istifadə etdiyi videolu sistemi “futbolda inqilab” olaraq xarakterizə edən FIFA Başçısı Gianni Infantino, “video hakimi” Rusiyada keçiriləcək 2018 FIFA Dünya Kubokunda istifadə etmək barədə düşündüklərini söylədi. Video texnologiyasının istifadə edildiyi matçda Fransa, İtaliyanı səfərdə 3-1 məğlub etdi.