Futbol

FİFA-dan vacib Dünya Kuboku qərarı

250views

FİFA-dan Dünya Kuboku qərarı.

İsveçrənin Sürix şəhərində FİFA-nın Baş Qərargahında toplanan FİFA Şurası, 2026-dan etibarən Dünya Kubokuna 48 komandanın qatılması təklifini, yekdilliklə qəbul edib.

Yeni status əsasında, 3-lü 16 qrupda mübarizə aparacaq 48 komandadan 32-si, üst tura yüksələcək. Bu mərhələdən sonra seçmə üsullu matçlar keçiləcək. Avropa xaricindəki konfederasiyaların iştirakının artması və təşkilatçılıqdan əldə edilən gəlirin artmasının nəzərdə tutulduğu yeni formata görə, turnir ərzində keçiriləcək qarşılaşma sayı, 64-dən 80-ə çıxacaq.

Rusiyanın 2018-də, Qətərin 2022-də ev sahibliyi edəcəyi FİFA Dünya Kubokunun 2026-da keçiriləcəyi ölkəsi isə hələ müəyyən olunmayıb.