Futbol

FİFA-dan Messiyə ağır cəza

Messi FIFA 2017
33views

Beynəlxalq Futbol Federasiyaları Birliyi (FIFA) Argentina milli komandasının, İspaniyanın Barcelona komandasında forma geyən oyunçusu Lionel Messiyə, 4 matç cəza və 10 min İsveçrə frankı pul cəzası verib.

FIFA, ötən həftə oynanan Argentina – Çili qarşılaşmasının final fitindən dərhal sonra Messinin köməkçi hakim Marcelo Van Gasse’ni təhqir etdiyi iddiasıyla istintaq başlatmışdı.

FİFA, Argentinanın 2018 Dünya Kuboku Cənubi Amerika Seçmələrində Çili’ni 1-0 məğlub etdiyi bu matçda Messinin ‘FIFA İntizam Qaydaları’nı pozduğunu açıqlayıb.

29 yaşındakı futbolçu, Argentinanın 28 Mart Bolivya ilə oynayacağı qarşılaşma ilə bərabər Uruqvay, Venesuela və Peru qarşılaşmalarında da forma geyə bilməyəcək.

Messi, Argentinanın 10 Oktyabrda səfərdə Ekvador ilə oynayacağı qarşılaşmada milli komanda formasını yenidən geyə biləcək.