Dünya

Fidel Castro 90 yaşında vəfat edib | Fidel Castro kimdir?

245views

Fidel Castro 90 yaşında vəfat edib.

Kuba televiziyası, Kuba inqilabının əfsanə lideri Fidel Castronun həyatını itirdiyini açıqlayıb.

FIDEL CASTRO KİMDİR?

Fidel Kastro 13 avqust 1926-ci ildə Kubanın Mayari şəhərində doğulub. Aşbaz bir ananın övladı olan Castro, Xristian Katolik məktəbində təhsil alıb. 1945-ci ildə Havana Universitetinə daxil olub. Burada hüquq təhsili alıb. Bu vaxtlarda ölkəni iqtidarda olan Flugencio Batista idarə edirdi . Fidel Castro mövcud hökuməti devirmək üçün təxminən 200 nəfərlik bir partizan qrupu yaradır.

Fidel Castro yaaz.az

1957-ci ildə Castro, Cubadakı Moncada hərbi bazasına hücum edərək bir xeyli silah və sursatı ələ keçir. Ancaq bazaya göndərilən hərbi dəstək, Castronun qrupundakı hər kəsi demək olar ki, öldürür. Fidel Castro özü isə əsir düşür. Və 15 illik həbs cəzasına məhkum olunur. Ancaq 1 ilin ardından General Batista tərəfindən elan edilən ümumi bir əfv ilə sərbəst buraxılır. Castro inqilab fikirlərindən dönməyərək üz tutur Meksikaya.

yaaz.az Fidel castro

Burada özünə yeni bir təşkilat qurur. Eyni zamanda böyük inqilabçılardan biri olan Che Guevera ilə tanış olaraq onunla yaxın dostluq münasibəti qurur. Ancaq Kuba inqilabının qabaqcıllarından sayılan Ernesto Che Guevara, 1967-ci ildə Boliviya dağlarında əsir götürlərək öldürülür.

yaaz.az Ernesto Che Guevara

Vaxt ötdükcə Kuba xalqının da dəstəyini qazanan Castro, 1 yanvar 1959-ci ildə Flugencio Batista rejimini çökdürür. Və özünü yeni Kuba dövlətinin lideri elan edir. İlk iş, torpaq islahatı ilə başlayır. Bu qərar xüsusilə ABŞ tərəfindən böyük reaksiyayla qarşılanır. 31 Yanvar 1961-ci ildə isə, Amerika Birləşmiş Ştatları Kubaya amborgo qoyur. Ölkə gəlirinin böyük bir hissəsini şəkər ticarətindən qazanan bu ölkə, bundan sonra məhsullarını dövrün bir digər nəhəng dövləti Sovet Sosialist Respublikasına satmağa başlayır.

yaaz.az Fidel castro

Bunun ardından ABŞ, Castronu yıxmaq üçün Küba’nı dəniz mühasirəsinə alaraq, sürgündə olan Kubalıların köməkliyi ilə ‘Donuzlar Körfəzi İşğalı’ adı verilən hücumlara başlayır. Bu hadisə, Amerika və Sovet Rusiyası arasında az qalsın böyük nüvə müharibəsinə səbəb olurdu.

Gərginlik mühasirənin ləğv olunması ilə sona çatır. Lakin CIA tərəfindən Fidel Castroya qarşı yüzlərlə sui-qəsd cəhdləri olur. Ancaq hamısı uğursuz idi. Fidel Castro Küba’yı yarım əsr idarə edir. Sağlamlıq problemlərinin artmasının ardından, vəzifəsini 2008-ci ildə ən çox güvəndiyi, qardaşı Raul Castroya təhvil verir.

yaaz.az Fidel Castro

Raul Castronun liderliyində Kubada bir çox dəyişikliklər baş verir. Bunlardan ən böyüyü, 50 il sonra Amerika Birləşmiş Ştatları ilə diplomatik əlaqələrin yenidən qurulması olur.

Ancaq Castronun həyatı boyu daim mübarizə aparması və ABŞ qarşısındakı sona qədərki cəsur duruşu, kiçik bir Kuba dövlətini dünyada böyük potensiallı bir ölkə kimi tanıdır.