Digər İdman

FIBA 2020 Tokyo olimpiadasının proqramına 3×3 basketbol yarışlarını daxil etmək istəyir

245views

Beynəlxalq Basketbol Federasiyası Tokyoda keçiriləcək növbəti yay olimpia oyunlarında basketbolun 3×3 növü üzrə yarışlarını olimpiadanın proqramına daxil etmək istəyir. Bu barədə məlumatı Amerikanın “USA Today” saytına FİBAnın baş katibi Patrick Baumann verib. Hal-hazırda bu təklifə Beynəlxalq Olimpia Komitəsi tərəfindən baxılır.Qeyd olunur ki, yekun qərar gələn ilin yayına qədər veriləcək.Baumann qeyd edib ki,əgər 3×3 yarışları olimpiadanın proqramına daxil edilsə,Beynəlxalq Basketbol Federasiyası əsas basketbol turnirində iştirakçıların sayını azaltmalı olacaq.

Xatırladaq ki,Baku 2015 ilk Avropa oyunlarında basketbol 3×3 yarışları keçirilmişdir.

 

Elnur Cəfərov
idman xəbərləri yazarı