Astrologiya

Fevral 2017-də bürcünüzü nələr gözləyir?

Burcler fevral 2017
928views

Türkiyəli məşhur astroloq Hakan Kuyucu’nun aylıq bürclər yazısını təqdim edirik.

Qoç Bürcü (21 Mart – 20 Aprel)aries

3 Fevraldan etibarən Venera bürcünüzdə seyrə başlayacaq. Venera bürcünüzdə ikən xarici görünüşünüz ilə hər yerdə diqqəti öz üzərinizə çəkəcəksiniz. Əks cinsin baxışları daim üzərinizdə olacaq. Qoçlar bu ərəfədə şəxsi həyatlarında sağlam münasibətlər quracaqlar. İş həyatınızda da olduqca cəsur və qərarlı addımlar atacaqsınız. 11 Fevral günündə Şir bürcündə baş verəcək halqalı ay tutulması ilə, həyatınızın hər sahəsində uğurlu və həyəcan dolu hadisələrin baş verəcəyi bir dövr başlayacaq. Hər şeydən əvvəl, evlənmək, övlad sahibi olmaq və uzun müddətli bir münasibətə başlamaq kimi həyatınızla bağlı inanılmaz hadisələr qarşıda sizi gözləyəcək. Bu tutulma eyni zamanda hər hansısa bir işdə püxtələşmək, təcrübə qazanmaq və qrup işlərinə liderlik etmək kimi bir çox mövzuda sizi dəstəkləyəcək. İş həyatınızda yüksəlməyə başlayacaqsınız. Səhhətiniz və estetik görünüşünüz ilə bağlı bəzi addımlar atmaq fikri gündəmə gələ bilər. Göy üzü sizinlə olacaq cəsur olun. 26 fevral tarixində Balıq bürcündə baş verəcək halqalı Günəş tutulması, eyni gün başlayacaq Merkurinin balıq bürcünə keçməsi ilə üst-üstə düşür. Bu səbəbdən hisslərinizlə bağlı gərgin dövrdə olacaqsınız. Əgər hisslərinizi düzgün idarə edə bilməsəniz vacib məsələlərdə ciddi səhvlərə yol verə bilərsiniz. Belə ruhdan düşmə işinizə və şəxsi həyatınıza pis təsir edə bilər. Eyni zamanda səhhətinizə də. Odur ki, daha diqqətli davranaraq qısa müddətdə özünüzü toparlamağa çalışın.


Buğa Bürcü (21 aprel – 21 may)

e0773e3286b738973198c5d5e5194f95

3 fevraldan etibarən Venera, Qoç bürcündə seyrə başlayacaq. Venera həm erotik arzular həm də şəxsi mənfəəti təmsil edir. Odur ki, şux olacağınız və tərəf müqabilinizlə gözəl vaxt keçirə biləcəyiniz bir dövrdə olacaqsınız. Ancaq iş və sosial həyatınızda bəzi böhranlar sizi gözləyir. Əgər inadkar rəftara üstünlük versəniz işdə bəzi mübahisələrə səbəb ola bilərsiniz. Bu vaxtlarda egonuzu biraz daha düzgün idarə etməlisiniz. Mənəvi olaraq özünüzü yeniləməyə çalışın. 11 fevralda Şir bürcündə baş verəcək halqalı ay tutulması ilə birlikdə özünüzü göstərmə istəkləri baş qaldıracaq. İş həyatınızda bu günə qədər etdikləriniz və bildiklərinizdən fərqli, yeni layihələrə yönəlməyə çalışacaqsınız. Bəlkə də yeni bir işə addım atacaq, ofis quracaq və ya xariclə olan əlaqələrinizi genişləndirəcəksiniz. Bunların hər biri gözəldir ancaq bilməlisiniz ki, bu Veneranın şəxsi mənfəət təsirindəndir. Odur ki çalışın ətrafa qarşı əmrlər və mühakimələrdən çəkinəsiniz. Sadəcə işdə deyil, sevgidə və ailə içərisində həyatı tək yaşamadığınızı və hər şeyin istədiyiniz kimi olmayacağını yadınızdan çıxartmayın. 26 fevral tarixində Balıq bürcündə baş verəcək halqalı Günəş tutulması və eyni gündə başlayacaq Merkurinin Balıq bürcünə keçidi, hər şeyə daha diqqətli yanaşmağı və gələcəyinizlə bağlı daha planlı hərəkət etməyinizi söyləyir. İnkişafa diqqət etmək, vaxt itirməmək, bir hədəf təyin etmək və bunun üçün nələrin gərəkli olduğunu aydınlaşdırmaq lazımdır. Gələcəyiniz və sevdiklərinizi siğortalamağın tək yolu budur. Bu dövrdə səhhətinizlə maraqlanmağı da unutmayın.


Əkizlər Bürcü (22 may – 22 iyun)

1461582730-919748705

3 Fevraldan etibarən Venera, Qoç bürcündə seyrə başlayacaq. Bunun sayəsində liderlik qabiliyyətinizi göstərərək istədiklərinizi əldə etməyiniz mümkündür. İş yerində bir müddətdir arzuladığınız şərtləri nəhayət əldə edə biləcəksiniz. Gəzinti zamanı və ya sosial yığıncaaqlardan birində bir insan diqəttinizi cəlb edə bilər. Olduğu məkana rəng qatan bu insan, həyatınızın yerdə qalan hissəsini birlikdə yaşaya biləcəyiniz insan ola bilər. Ancaq bu dövrdə o qədər güclü görsənirsiniz ki, əgər ilk addımı siz atmasanız o insan sizdən çəkinə bilər və bu möcüzəli tanışlıq heç vaxt reallaşa bilməz. 11 fevralda Şir bürcündə baş verəcək halqalı ay tutulması sizin üçün uğurlu, faydalı və köklü addımların xəbərçisidir. Özünü təqdim etmə gücünüz və uzaq görənliyinizlə ətrafınıza və başqa insanlara təsir etmə gücünə sahib olacaqsınız. Təhsil və iş həyatınız da daxil qarşınıza çıxan bütün fürsətləri vaxtında və yerində dəyərləndirərək uğurlu şəkildə irəliləyə bilərsiniz. Bu vaxtlarda valideynlərinizin sağlamlığı və gündəlik həyatı ilə bağlı üzərinizə düşənləri yerində həll edə biləcəksiniz. 26 fevral tarixində Balıq bürcündə baş verəcək halqalı Günəş tutulması və eyni gündə başlayacaq Merkurinin Balıq bürcünə keçidi, xüsusilə iş həyatı və şəxsi yaşayış tərzilə bağlı tarazlığı tutmağınızın vacibliyini gündəmə gətirəcək. Hər ikisinə bərabər vaxt ayırmağa çalışın. Qidalanmağınıza və formada qalmağınıza diqqət yetirməlisiniz. Həyatınızda nəyin vacib olmasından asılı olmayaraq, ilk ehtiyac olan şeyin sağlamlıq olduğunu unutmayın.


Xərçəng Bürcü (23 iyun – 22 iyul)unnamed

3 Fevraldan etibarən Venera, Qoç bürcündə seyrə başlayacaq. Bu dövrdə həyatınızda baş verəcək hadisələr güclü və möhkəm olmağınızı tələb edir. İş yerində gözlənilməz maneə və düşmənliklərlə qarşılaşa bilərsiniz. Tərəf müqabilinizlə baş verə biləcək şəhər və ya ev seçimi mübahisələrində bəzi yanlış anlamalar ola bilər. Hətda bu problem səbəbindən münasibətinizə də zərər gələ bilər. Səbrli olun əziz Xərçənglər. Cəld qərarlar verməyin və her şeyin yavaş-yavaş düzəlməsi üçün sakitn olmağa çalışın. Əvvə-axır hər şey gözəl olacaq, buna əmin olun. 11 fevralda Şir bürcündə baş verəcək halqalı ay tutulması səbəbindən, əsasən maddi qazanc və yatırım məsələlərində təcrübələrinizdən istifadə etmək fikrinin doğru olduğunu anlayacaqsınız. Ancaq özgüvənlə təkəbbürü qarışdırmayın. Ancaq bu şəkildə uğur qazanacaq, həm sənət həm də maddi həyatınızda daha da rahat olacaqsınız. Bu ay tutulması gərgin təsirlərə də yol aça bilər və sinirlərinizə pis təsir edə bilər. Odur ki gərgin vəziyyətlərdən uzaq olun. 26 fevral tarixində Balıq bürcündə baş verəcək halqalı Günəş tutulması və eyni gündə başlayacaq Merkurinin Balıq bürcünə keçidi sayəsində, çəhrayı bir dövr içərisinə girəcəksiniz. Yeni ətraf, yeni bir iş və ya yeni sevgi, həyatınızı kökündən dəyişə bilər. Bunlardan hər hansısa birinin həyata keçmə ehtimalı olarsa qətiyyən qorxmayın. Olduqca aktiv bir dövr olacaq. Fiziki və mənəvi olaraq gücünüzü artıra biləcək vasitələrdən mütləq yararlanın.


Şir Bürcü (23 iyul – 22 avqust)a_df6318bb

3 Fevraldan etibarən Venera, Qoç bürcündə seyrə başlayacaq. Bu vaxtlarda cəlbedici olacaqsınız. Subay Şirlər bu enerji vasitəsilə sürpriz və möcüzəli sevgiylə qarşılaşa bilərlər. Bu dövrdə eyni zamanda maddi vəziyyətinizi siğortalamaq ehtiyacı duyacaqsınız. Bu səbəbdən müəyyən addımlar atmağa çalışacaqsınız. Bu addımlarda göy üzü sizinlə olacaq cəsur olun. 11 fevraldan etibarən bürcünüzdə baş verəcək halqalı ay tutulması ilə parıldayan işığınız, qarşınızdakı maneələri aşmağınızda, özünüzlə bağlı düzgün qərarlar vermənizdə və uğurla irəliləmənizdə sizə kömək olacaq. Bu vəziyyət iş və sevgi həyatınızda da sizə müsbət təsir göstərəcək. Bu vaxlarda özünüzü daha çox suala tuta bilər və xəyalını belə edə bilmədiyiniz qərarlar qəbul edə bilərsiniz. 26 fevral tarixində Balıq bürcündə baş verəcək halqalı Günəş tutulması, eyni gün başlayacaq Merkurinin balıq bürcünə keçməsi ilə üst-üstə düşür. Bu mənzərə sizdə bəzi düzənsizliyə səbəb ola bilər. Nə etmək istədiyinizlə bağlı mövzularda qərar verməkdə çətinlik çəkə bilərsiniz. Xüsusilə maliyyə məsələləri sizi çətin vəziyyətə sala bilər. Dərhal sizə dəstək ola biləcək vasitələr axtarmalısınız. Layihələrinizlə bağlı inkişafa aparan müəyyən adımlar atmalısınız. Bu gərginliklə düzgün mübarizə apara bilmək üçün olduqca diqqətli olmalısınız.


Qız Bürcü (23 avqust – 22 sentyabr)virgo-horoscope-2015

3 Fevraldan etibarən Venera, Qoç bürcündə seyrə başlayacaq. Bu dövrdə əsas diqqətiniz maddi vəziyyətinizlə bağlı məsələlərdə olacaq. Həmkarlarınızdan biri ilə ortaq iş qurmaq niyyətindəsinizsə, mütləq şəkildə qanun qaydalarına uyğun olaraq bunu həyata keçirməlisiniz. Özünüzü siğortalaya bilmək üçün bu vacib şərtdir. Sevgidə istəkli tərəf olaraq daha çox özünüzü görmək sizi bezdirə bilər. Vəziyyəti pisə gətirmədən dərhal oturub tərəf müqabilinzlə danışmalısınız. 11 fevralda Şir bürcündə baş verəcək halqalı ay tutulması səbəbindən, ilk olaraq maddi məsələlərlə bağlı problemləri qaydasına salmalısınız. Gəlir və xərclər arasında böyük fərqlər görünürsə mütləq bunu aydınlaşdırmalı və aradan qaldırmalsınız. Şəxsi və sosial həyatınızda da sizə maneə olan hər şeyi aşkara çıxarıb uzaqlaşdıracaqsınız. Matıvasiyanızı yüksəldəcək vasitələr axtaracaqsınız. Mütaliyə, yoqa və ibadət sizə müsbət təsir göstərə bilər. 26 fevral tarixində Balıq bürcündə baş verəcək halqalı Günəş tutulması və eyni gündə başlayacaq Merkurinin Balıq bürcünə keçidinin təsiri ilə şəxsi münasibətinzin hansı xüsusiyyətə sahib olduğunu düzgün incələməlisiniz. Sevdiyiniz insanla aranızda hələ də güclü bağlar varmı və ya gələcək planlarınız üst-üstə düşürmü? Bu məsələlərə olduqca diqqətli yanaşmalısınız. İnsanlarla aranızda bölüşdüyünüz pullar, miras və ya hüquqi status məsələlərində, qarşı tərəfin səlahiyyətlərindən artıq tələbi müəyyən problemlərə səbəb ola bilər. Bu məsələlərdə mütəxəssislərlə məsləhətləşməlisiniz.


Tərəzi Bürcü (23 sentyabr – 22 oktyabr)bd3cdbc360d1115d5831dc0e7e1a7fa2

3 Fevraldan etibarən Venera, Qoç bürcündə seyrə başlayacaq. Cəsur və azad münasibət qurma bacarığı bu seyrin gətirdiyi əsas xüsusiyyətdir. Bu da o deməkdir ki, sevgi həyatınızda aktiv günlər sizi gözləyir. Təbii ki, bunu yaxşı dəyərləndirin, ancaq ciddi qərarlar qəbul edərkən diqqətli olun. Venera Qoç bürcündə ikən evlilik və ya nişan həyata keçirmək uğurlu görsənmir. 11 fevralda Şir bürcündə baş verəcək halqalı ay tutulması ilə birlikdə karyera və pul məsələlərini daha çox diqqət ayıracaqsınız. Sənətinizlə bağlı hədəfləri təyin edəcək, yeni layihələrə başlıyacaq və bəzi yatırımlar həyata keçirəcəksiniz. Sosial münasibətlərdə də liderlik gücünüz üstün olacaq. Axtarılan insan olacaqsınız. hər kəs sizi komanda fəaliyyətlərində yanında görmək istəyəcək. Və bu iş həyatınıza çox fayda verəcək. Ancaq 26 fevral tarixində Balıq bürcündə baş verəcək halqalı Günəş tutulması və eyni gündə başlayacaq Merkurinin Balıq bürcünə keçidinin təsiri ilə müəyyən gərginliklər içərisində olacaqsınız. Xüsusilə səhhətinizlə bağlı mövzularda həssas bir dövrə girəcəksiniz. Həyəcanlanmadan ilk olaraq probleminizi bir mütəxəssisə danışmalı və əgər hər hansısa problem varsa dərhal lazımi tədbirləri görməlisiniz.


Əqrəb Bürcü (23 oktyabr – 21 noyabr)unnamed-1

3 Fevraldan etibarən Venera, Qoç bürcündə seyrə başlayacaq. Bu vaxtlarda tərəf müqabiliniz və ya ailə üzvlərinizə qarşı səbrsiz davrana, onlara qarşı ani və sərt reaksiyalar göstərə bilərsiniz. Çalışın özünüzü hirsin əsarətindən çıxardasınız. Sakitləşdikdən sonra yaxınlarınızla əlaqələr qurmağa çalışın. Əgər belə etməsəniz ətrafınızdakı hər kəsi özünüzdən uzaqlaşdıra bilərsiniz. Mütləq şəkildə sinirlərinizə hakim olun. 11 fevralda Şir bürcündə baş verəcək halqalı ay tutulması, iş həyatınızdakı məsuliyyətlərə qarşı diqqətli olmağınızı tövsiyə edir. İşinə sahiblənən, iş kollektivi ilə əla münasibət qurmağı bacaran və problemlər yaratmayan insan olduğunuzu göstərməyiniz olduqca önəmlidir. Şəxsi həyatınızda isə, sabit, mənəvi gücü və gələcəyi olan münasibət axtarışında olacaqsınız. Sağlam olmayan münasibətin vaxt və enerji itkisi olduğunu fərq edərək, həqiqi sevgi axtarışına çıxacaqsınız. Düzgün yoldasınız. 26 fevral tarixində Balıq bürcündə baş verəcək halqalı Günəş tutulması və eyni gündə başlayacaq Merkurinin Balıq bürcündə irəliləməsi həyatınız barədə daha dərindən düşünmənizə və nə etmək lazım olduğunu ciddi şəkildə araşdırmağınıza səbəb olacaq. Həyatınızdakı yalanları sonlandıracaqsınız. Bu vaxtlarda çəkinizdə artımlar ola bilər. Bu səbəbdən idmana vaxt ayırmağa və sağlam qidalanmağa çalışın.


Oxatan Bürcü (22 noyabr – 21 dekabr)images

3 Fevraldan etibarən Venera, Qoç bürcündə seyrə başlayacaq. Venera sevgi həyatınızda inanılmaz aktivliyin xəbərçisidir. Gözləmədiyiniz bir sevgi qapınızı döyə bilər və sizi göylərə uçurda bilər. Bu münasibətin çoşğun ehtiras dolu olacağı və bir müddət sonra sonlanacağını da bilməlisiniz. Problemli münsaibət yaşayan insanlar isə, ya problemi həll edəcək ya da münasibəti sonlandırmaq üçün tərəf müqabili ilə oturub hər şeyi açıq şəkildə danışacaq. Övladınız varsa onunla bağlı yeni qərarlar qəbul edə bilərsiniz. Əgər övlad sahibi olmaq istəyirsinizsə bu vaxtlarda bunu həyata keçirə bilərsiniz. 11 fevralda Şir bürcündə baş verəcək halqalı ay tutulması ilə birlikdə həyata baxışınız dəyişməyə başlayacaq. Xüsusilə iş və pul məsələlərində xəyalları unudub daha real hədəflər təyin edəcəksiniz. Özünüzü inkişaf etdirməyə də ayrıca bir vaxt ayıracaqsınız. Ancaq eyni zamanda özünüzü çox yormamalısınız. Enerjiniz yüksəkdir ancaq fiziki olaraq özünüzü daha çox yorsanız səhhətinizlə bağlı problemlər yarana bilər. 26 fevral tarixində Balıq bürcündə baş verəcək halqalı Günəş tutulması və eyni gündə başlayacaq Merkurinin Balıq bürcündə irəliləməsi səbəbindən, həm öz istəklərinizi həyata keçirməyə həm də ev ilə iş arasında tarazlıq qurmağa çalışacaqsınız. Bu səylər bəzən daxili gərginliklərə səbəb ola bilər. Və nəticədə, vaxt ayırdığınız hər sahəyə də pis təsir göstərə bilər. Bundan tək çıxış yolu isə ifrat planlaşdırmadan uzaq durmaq və ürəyinizin səsinə qulaq asmaqdır. Kənardan sizə ağıl vermək istəyənlərə isə qətiyyən fikir verməyin. Hisslərinizlə siz doğru yolda olacaqsınız.


Oğlaq Bürcü (22 dekabr – 21 yanvar)capricorn-1000x1000-65

3 Fevraldan etibarən Venera, Qoç bürcündə seyrə başlayacaq. Karyeranızı idarə edən Venera, iş həyatında daha uğurlu olmaq üçün digər insanlara qarşı qorxusuz mübarizə aparmaq gücünü artırır. Göy üzü sizinlə olduğu üçün bu mübarizələrdən qalib çıxacaqsınız. Ən soyuqqanlı Oğlaq belə Venera Qoç bürcündə ikən, istər-istəməz daha aktiv olmağa başlayır. Odur ki, bu dövrdə enerji dolu olacaqsınız. İş yerinizdə yoldaşlarınız sürətinizə çata bilməyəcək. Hətda bəzən bundan şikayətlənəcəklər də. Birlikdə yaşadığınız insan və ya insanlara qarşı daha tələbkar olacaqsınız. Veneranın gücündən istifadə etməyiniz yaxşıdır ancaq, siz yenə də liderliyin və aktivliyin dərəcəsini çox artırmayın. 11 fevralda Şir bürcündə baş verəcək halqalı ay tutulması, rahat yaşamaq, mənən və fiziki olaraq güclü olmaq, təlaş və qorxulardan uzaq bir gələcək qurmaq kimi istəklərinizi daha da gücləndirəcək. Həyatınızdakı mənzərənin dinc olmasını təmin etmək üçün bəzi tədbrilər görəcəksiniz. İşə və maliyyə məsələlərinə daha çox vaxt ayıracaqsınız. Çox yaxın dostunuz da daxil sizi həyata küsdürən insanları ətrafınızdan uzaqlaşdıracaqsınız. Olduqca radikal qərarlar qəbul edə bilərsiniz. Bu səbəbdən addımınızı atarkən 2 dəfə düşünməyə çalışın. 26 fevral tarixində Balıq bürcündə baş verəcək halqalı Günəş tutulması və eyni gündə başlayacaq Merkurinin Balıq bürcündə irəliləməsi səbəbindən evdə və ya şəxsi həyatınızda bəzi problemlərlə qarşılaşa bilərsiniz. Ayrılıq və ya dəyişiklik baş verə və sizi yora bilər. Bu vaxtlarda sərgiləyə biləcəyiniz ən yaxşı münasibət səbrli olaraq hadisələri öz axarına buraxmaq olacaq. Mübarizə aparmaq sizi sadəcə yoracaqdır. Fiziki enerjinizin azalacağı bu vaxtlarda mənəvi rahatlığınızı qorumaq ən böyük arzunuz olacaq.


Dolça Bürcü (22 yanvar – 19 fevral)

aquarius-horoscope-2015

3 Fevraldan etibarən Venera, Qoç bürcündə seyrə başlayacaq. Bu vaxtlarda ev və ya avtomobil alma, dəyişdirmə mövzularında daha diqqətli olmağa çalışın. Əgər belə bir planınız varsa hələki onları təxirə salın. Yox əgər mütləq bunu həyata keçirməlisinizsə o zaman, məhsulu düzgün seçməkdə, sənəd və ödəniş işlərində sizə kömək edə biləcək işi bilən bir insandan dəstək almalısınız. Əks halda zərərinizə olan hallarla rastlaşa bilərsiniz. Mövsümi xəstəliklərə qarşı diqqətli olun və qidalanmanıza daha çox fikir verin. 11 fevralda Şir bürcündə baş verəcək halqalı ay tutulması, uzun zamandır subay yaşayan Dolçaların fərqli tərəflərini və xüsusiyyətlərini əks cinsə göstərmə təsirinə sahibdir. Bu vaxtlarda qarşınıza çıxan insan və ya insanlar həyatınıza müsbət təsir göstərəcəklər. Bir Dolça üçün belə müsbət hisslərdən təsirlənməkdən gözəl nə ola bilər? Bu səbəbdən tənhalığı sevən Dolçalar bu vəziyyəti dəyərləndirəcək və qarşılarına çıxan o inanılmaz şəxs ilə həyatını birləşdirəcəklər. 26 fevral tarixində Balıq bürcündə baş verəcək halqalı Günəş tutulması və eyni gündə başlayacaq Merkurinin Balıq bürcünə keçidi ərəfəsində, maliyyə məsələlərilə bağlı bəzi xəbərdrlıqlar var. Maliyyə məsələlərində hesabınızı bilmək, lazımsız xərclərdən uzaq durmaq və gəlirinizi artıra biləcək həll yolları tapmaq məcburiyyətindəsiniz. Qazanc məsələlərində hal hazırda sizə maneə olan səddləri aşmalı və müsbət cəhdlər etməlisiniz. Bunun üçün də qabiliyyətlərinizdən yararlanmalısınız. Dolça bürcündən olan şəxsin mütləq ki, xüsusi bir qabiliyyəti vardır. Odur ki, qalxıb işləri görmək vaxtı artıq gəlmişdir.


Balıqlar Bürcü (20 fevral – 20 mart)

pisces-horoscope-avgust-2016

3 Fevraldan etibarən Venera, Qoç bürcündə seyrə başlayacaq. Xərclərinizin sizi çətin vəziyyətə saldığı bu vaxtlarda, yaxşı bir plana ehtiyac duyduğunzu unutmayın. Venera Qoç bürcündə hərəkət etdiyi zaman, liderlik və idarə etmə hissləri daha ön planda görsənir. Bu sizə təsir edəcək. Ancaq bu təsiri şəxsi həyatınızda həyata keçirməməyə çalışın. Xüsusən də sevdiyiniz insana qarşı. Axı siz idarə oluna bilən bir insana aşiq olmarsınız. Odur ki, bu insan üzərində liderlik etmək istəsəniz o zaman onu itirərsiniz. Və sonda da ən çox üzülən siz olarsınız. 11 fevralda Şir bürcündə baş verəcək halqalı ay tutulması ərəfəsində, ilk olaraq özünüzə daha çox vaxt ayıracaqsınız. Heç kəsə güzəştə getmədən öz haqqınızı qoruyacaqsınız. İfrat dərəcəsinə varmadan özünüzü qorumağınız haqqınızdır. Xüsusilə şəxsi həyatınızda, tərəf müqabilinizlə münasibətlərdə haqqınızı qorumaq işini o qədər də şişirtməyib qarşı tərəfi dinləməlisiniz. Həmin vaxtlarda bədəninizə də xüsusi diqqət ayıracaqsınız. Əgər hər hansısa problemin olduğunu hiss etsəniz mütləq həkiminizə müraciət edin. Estetik əməliyyat və ya epilyasiya kimi bədəninizə olan müdaxilələrdə yaxşı vaxtdasınız. Belə bir fikriniz varsa həyata keçirə bilərsiniz. 26 fevral tarixində Balıq bürcündə baş verəcək halqalı Günəş tutulması ilə Merkurinin Balıq bürcünə keçidi üst-üstə düşür. Bu vaxtlarda iş və maliyyə məsələlərində təmkinli davranmalısınız. İşini dəyişdirmək istəyən və ya yeni bir iş qurma planları olan insanların bu layihələrini təxirə salmaqları faydalı olar. Siz ən yaxşısı bu vaxtlarda böyük addımlardan uzaq durun.