Formula 1

Ferrari yeni Formula 1 avtomobilini təqdim etdi

Ferrari Sf70H 2017
19views

Formula 1 komandalarından Ferrari, 2017 mövsümündə istifadə edəcəyi yeni avtomobilini tanıdıb.

Ferrari, İtalyanın Maranello qəsəbəsindəki təsislərində həyata keçirdiyi təqdimat mərasimində, Formula 1 yarışları üçün hazırladığı 63-cü avtomobilini təqdim edib.

İtalya mətbuatında yayılan xəbərlərə görə, Ferrarinin yaranmasının 70-ci ilinə istinad olaraq “Sf70H” adı verilən 2017 mövsümü avtomobili, keçən ilki “Sf-16h” modelinə görə Formula 1’dəki yeni qaydalar səbəbindən bir çox cəhətdən fərqlənir.

 Ferrari Sf70H 2017 yaaz.az

 

Avtomobilin ümumi ağırlığının pilot, içindəki su və yağ ilə birlikdə 728 kilo olduğu və digər sezonlardakı avtomobillərə görə qırmızı rəngin daha çox istifadə edildiyi diqqət çəkib.

Yeni modeldə təkərlərin də bir əvvəlki modelə nisbətən bir az daha qalın olacağı bildirlilib.

 Ferrari Sf70H 2017 yaaz.az

Təqdimatın ardından Ferrari pilotlarından Finlandiyalı Kimi Raikkonen, mətbuat qarşısında ilk test sürüşünü həyata keçirib. Raikkonen’in ardından Almaniyalı Sebastian Vettel də Fiorano pistində yeni modeli sınaqdan keçirib. İki pilotun test sürüşlərini, Ferrarinin prezidenti Sergio Marchionne izləyib.

 Ferrari Sf70H 2017 yaaz.az

Qeyd edək ki, Formula 1-də yeni mövsüm 26 Martdakı Avstraliya Grand Prix’si ilə başlayacaq.